header

 ‘Tək seçim Şeyx Zəkzakinin azadlığa buraxılmasıdır’

“Nüfuzlu şiə ruhanisi Şeyx İbrahim Zəkzakinin 4 il həbsdə saxlanılması nəticəsizdir və Nigeriya dövlətinin tək seçimi onu azadlığa buraxmaqdır.”

“Nüfuzlu şiə ruhanisi Şeyx İbrahim Zəkzakinin  4 il həbsdə saxlanılması nəticəsizdir və Nigeriya dövlətinin tək seçimi onu azadlığa buraxmaqdır.”  
 
Tashaio.com “İQNA”a istinadla xəbər verir ki, bunu London İslami İnsan Haqları Komissiyasının rəisi Məsud Şəcəri deyib. 
 
Keçən həftə Məsud Şəcərinin səyi ilə bir qrup həkim Şeyx Zəkzaki ilə görüşüb və hazırda onun sağlamlığını nəzarətdə saxlayır.    
 
M.Şəcərə bildirib ki, Şeyx İbrahim Zəkzakinin sağlamlığını nəzarətə götürən həkimlər bir neçə ölkədən, o cümlədən Hindistan və Tanzaniyadan Nigeriyaya gəliblər. “Onlar ürək, göz və ortopediya mütəxəssisləridir. Onların Şeyx ilə görüşməsini düzənləmək üçün ay yarım vaxt sərf etdik.”
 
O bildirib ki, Nigeriyanın Ali Məhkəməsi Şeyxin azadlığa buraxılması barədə çoxdan hökm verib və buna rəğmən onun həbsdə saxlanılması qeyri-qanunidir. “Şeyxin həbsdə qalması onun sağlamlıq durumu ilə məşğul olmağı çətinləşdirir. Xüsusilə Nigeriya kimi bir ölkədə ki, tibbi təchizat imkanları çox aşağıdır. Hətta bu ölkənin dövlət rəsmiləri də müalicə üçün xaricə üz tuturlar. Buna görə də Şeyx müalicə kursunu tamamlamaq üçün azadlığa buraxılmalıdır və həmçinin müalicə üçün münasib bir ölkəyə aparılmalıdır.”
 
Şeyx Zəkzakinin bir gözünü itirdiyini və digər gözünün də təcili müalicə edilməli olduğunu bildirən M.Şəcəri qeyd edib ki, Şeyx Zəkzakinin ürəyi də xəstədir və müalicə olunmalıdır. “Şeyxin xanımının dizi də ciddi zədə alıb, hətta bir neçə addım da yeriyə bilmir. Bədənində güllə qəlpəsi var. Onların sağlamlıq durumu barədə yaxın günlərdə daha dəqiq məlumat verəcəyik. Üç gündür ki, Şeyxi və xanımını müxtəlif müalicə və diaqnostika mərkəzlərinə yoxlanış üçün aparırıq.”
O qeyd edib ki, Şeyxin azadlıq hökmü verilib, amma buna əməl olunmur. “Məhkəmə iki ay öncə Şeyxin sağlamlığı ilə maraqlanılması üçün həkimlərin onun yanına buraxılmasını tələb etsə də dövlət məsələni ciddiyə almadı. Buna görə də London İslami İnsan Haqları Komissiyası bu işi reallaşdırmaq üçün hərəkətə keçdi. Daxili və xarici təzyiqlər ilə bu işi həyata keçirə bildik. Nigeriyada hər gün Şeyxin tərəfdarları olan minlərlə insanın iştirakı ilə geniş və izdihamlı aksiyalar təşkil edilir. Buna görə də Şeyxin dörd illik həbsdə saxlanılması nəticəsizdir və dövlətin onu azad etməkdən başqa bir seçimi yoxdur.”
“Nüfuzlu şiə ruhanisi Şeyx İbrahim Zəkzakinin 4 il həbsdə saxlanılması nəticəsizdir və Nigeriya dövlətinin tək seçimi onu azadlığa buraxmaqdır.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-30-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap