Zərif: “Hörmüz boğazının bağlanması ordunun ixtiyarındadır”
Posted on : iran 04/24/2019
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Hörmüz boğazını bağlamaq qərarının Xarici İşlər Nazirliyinin yox, ordunun ixtiyarında olduğunu deyib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Hörmüz boğazını bağlamaq qərarının Xarici İşlər Nazirliyinin yox, ordunun ixtiyarında olduğunu deyib.
Tashaio.com xəbər verir ki, BMT Baş Assambleyasında keçiriləcək Beynəlxalq Multilateralizm (Çox tərəflilik) və sülh üçün diplomatiya gününə qatılmaq üçün Nyu-Yorkda olan M.C.Zərif, burada İRNA-ya müsahibə verib.
ABŞ-ın İranın neft ixracını hədəfə alan təşəbbüslərinə qarşı Hörmüz boğazının bağlanıb bağlanılmayacağı ilə bağlı verilən suala M.C.Zərif, belə cavan verib: “Mən hərbi variantlar üçün fikir bildirmirəm. Bu məsələ haqqında ordu qərar verməlidir.
İranın regional sabitlik və maraqlarını qoruyacağını dedik. Regional sabitlik və iqtisadi inkişaf hər kəs üçün olmalıdır. İranın maraqları regionda sabitliyin qorunmasın lehinədir və sabitlik hər kəs üçün təmin olunmalıdır”.
M.C.Zərif, həmçinin regiondakı qeyri-sabitliyin əsas faktorunun ABŞ olduğunu söyləyib.