header

 İsrail zindanlarındakı fələstinli uşaqlar külli miqdarda cərimə olunur

Fələstinli Məhbusların Tədqiqat Mərkəzinin hesablamasına görə, işğalçı İsrail rejiminin hərbi məhkəmələri bu ilin ilk rübündə azyaşlı fələstinli məhbuslara qarşı 170 min İsrail şekeli (48 min ABŞ dollarına yaxın - red.) həcmində cərimə cəzaları tətbiq edib.

Tashaio.com "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə açıqlama verən mərkəzin mətbuat katibi Riyad əl-Əşqarın sözlərinə görə, uşaqlar cərimə cəzalarından əlavə həbs cəzalarını da çəkməkdədirlər.
 
Əşqarın bildirdiyinə görə, Ofer həbsxanası ilin ilk üç ayında fələstinli azyaşlı məhbuslara 170 min İsrail şekeli həcmində cərimə cəzaları tətbiq edib.
 
O qeyd edib ki, bu cəzalar məhbusların ailələri üçün olduqca ağır maliyyə çətinliyi yaradır, işğalçı rejiminin məhkəmələrinin təyin etdiyi bu cəzalar, həmçinin uşaqlara qarşı əsl terrorçuluqdur. İsrailin məqsədi bu cür sərt cəza tədbirləri ilə fələstinli uşaqların işğal əleyhinə fəaliyyət ruhiyyəsini sarsıtmaqdır.
 
Riyad Əşqar onu da vurğulayıb ki, məhbus uşaqlara qarşı maliyyə cəzaları açıq şəkildə onların ailələrinə qarşı soyğunçuluq və təzyiqdir.
 
Mərkəz rəsmisi insan hüquqları institutlarına müraciət edərək azyaşlı fələstinliləri İsrail rejiminin təzyiqlərindən qorumağa çağırıb.
Fələstinli Məhbusların Tədqiqat Mərkəzinin hesablamasına görə, işğalçı İsrail rejiminin hərbi məhkəmələri bu ilin ilk rübündə azyaşlı fələstinli məhbuslara qarşı 170 min İsrail şekeli (48 min ABŞ dollarına yaxın - red.) həcmində cərimə cəzaları tətbiq edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-22-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap