header

 Haqq tərəfdarı olanların nişanələri bu cür olur

Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)

 

O insan ki, özünü tanıma yolu ilə Allahı tanıyar – haqq tərəfdarı olar. Bu insanın qibləsi haqq olar. Öz ziyanını düşünməz, ancaq haqqı düşünər.

İmam Sadiq (ə) buyurur: “Həqiqi imanın nişanəsi odur ki, haqqı zahirdə ziyanınıza olsa belə, qəbul edəsiniz. Batili faydanıza olsa belə, qəbul etməyəsiniz”.

 

Haqq tərəfdarlarını bu nişanələr ilə tanımaq olar:

 

1. Qəzəbdən uzaq olarlar. Haqq tərəfdarı olan insan, həyatının üç halında: xoşluqda, qəzəbdə və qüdrətdə haqqa əməl etməkdən çəkinməz.

Həzrət Peyğəmbər (s) buyurur: “Üç sifət hər kimdə olarsa, imanı kamil olar:

- Xoşluq zamanı batilə meyil etməz.

- Qəzəblənən zaman haqq dairəsindən çıxmaz.

- Qüdrət zamanı öz malı olmayana əl uzatmaz”.

 

2. İnsanlara qarşı insaflı olar. Haqq tərəfdarı olan şəxsin nişanələrindən biri də insaflı olmaqdır. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqi mömin o kəsdir ki, insanlarla rəftarda insaflı olar”.

 

3. Nəsihəti qəbul edər. İmam Əli (ə) buyurur: “Nəsihəti qəbul etmək – insanın üstünlüyünün və müvəffəqiyyətinin nişanəsidir”.

 

4. Dindarlıq. İmam Səccad (ə) buyurur: “Heç bir ibadət, dinə elm və həmahənglikdən başqası ilə həyata keçməz”. (Hədənə)

Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-22-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap