header

 Rusiya: İŞİD və “Əl-Qaidə” hələ də təhlükə saçır

Rusiya FTX direktoru məsələ ilə bağlı danışıb.

Tashaio.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, beynəlxalq terror qruplaşmalarının Suriya və İraqda tam şəkildə məğlub olmalarına baxmayaraq, onlar hələ də ciddi təhlükə mənbəyi olaraq qalırlar.

Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bəyan edib.

“Suriya və İraqdakı ciddi itkilərinə baxmayaraq, İŞİD, “Əl-Qaidə” və onlarla əlaqəli olan silahlı terror qruplaşmaları əvvəlkitək ciddi təhlükə saçırlar və onlar öz qüvvələrini şəbəkə prinsipi ilə təşkilatlandıra biliblər”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, hazırda terrorçular aktiv şəkildə Yaxın Şərqdən Avropa, Mərkəzi və Cənub-Şərqi Asiyaya, həmçinin Afrikaya sızırlar.

Rusiya FTX direktoru məsələ ilə bağlı danışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-18-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap