header

 ‘İslam Respublikasının düşmənləri artıq son nəfəslərini verir’- Ayətullah Xamenei

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei 36-cı "Beynəlxalq Quran Müsabiqəsi"nin iştirakçıları ilə görüşüb.

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei 36-cı "Beynəlxalq Quran Müsabiqəsi"nin iştirakçıları ilə görüşüb. 
 
Tashaio.com  “Leader.ir” saytına istinadən xəbər verir ki, Quranı anlamaq və ona əməl etməyi dünya və axirətdə bəşərin səadətinin təminatçısı olduğunu vurğulayan Ali Rəhbər  bildirib ki,  bu gün bəşəriyyətin və İslam ümmətinin bir çox problemlərinin və giriftarçılıqlarının  əsas səbəbi  Quran maarifinə əməl etməməkdən qaynaqlanır.   “ Bu gün Allahın lütfü ilə İslam Respublikasına  xalqın, xüsusi ilə  gənclərin Quran  maarifinə və bu maarifdən bəhrələnməyə marağı gündən günə artır.  Elə Qurandan bəhrələnməyin nəticəsidir ki, İslam sisteminin  səadəti, gücü və izzətinə səbəb olacaq”. 
 
Ayətullah Xamenei  "Beynəlxalq Quran Müsabiqəsi" təşkilatçılarına təşəkkür edib və  bildirib ki, Quranın tilavəti onu tanımaq və anlamaq üçün müqəddimədir.  “Quran tilavəti eləcə də insanın qəlb və zehnində mənəviyyatı artırır. Bir çox  anlaşılmazlıqlar,  ümidsizliklər,  xəyanətlər, düşmənçiliklər və tağut qarşısında təslim olmaların əsas səbəbi  Qurandan və onun mənəviyyatından uzaq düşmək səbəbindəndir. Qurana əməl etmək  izzət,  rifah, inkişaf,  güc,  birlik,  dünyada şirin həyat tərzi və axirətdə səadətin təminatı üçün zəmin yaradır."
 
Qurani-Kərimin həyatda praktik şəkildə həyata keçirilməsi lazım olduğunu vurğulayan Ali Rəhbər  "Fəth" surəsinin 29-ci ayəsini xatırladaraq belə deyib:
 
"İslam ümməti arasında Quranın tətbiq olunmaması bir və ya iki nümunə ilə məhdud deyil. Quran müsəlmanlar üçün, "Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında mehribandırlar" tövsiyə edir. Təəssüflər olsun ki, bəzi İslam ölkələrinin başçıları  Qurana əməl etmirlər, kafirlərə o cümlədən ABŞ və sionistlərə nökərçilik edirlər.   Müsəlmanlar arasında mehribanlıq yaratmaq əvəzinə  bir çox gərginliklər və  müharibələrin  o cümlədən Suriya, Yəmən və digər müsəlmanların qətliamına zəmin yaradıblar”. 
 
Qurana əməl etməyin lazimi şərti Allahı yad etmək və ilahi təqvadır deyən Ayətullah Xamenei bildirib ki, İrana qarşı düşmənçiliklərin həcmi öncəki illərlə nisbətdə daha ağır olsa da, İslam Respublikasının düşmənləri bu addımları və çirkli planları ilə artıq son nəfəslərini verir.  “İran xalqına qarşı hər nə qədər  çətinlik yaratsalar da, təzyiqlər göstərsələr də, xalqın Quran maarifinə əməl etməsindən əsəb keçirsələr də, xalqımız  daha güclü olacaq və  Quranın ipindən daha möhkəm yapışacaqlar". 
 
Qeyd edək ki, bu il İranda keçirilən 36-cı Beynəlxalq Quran yarışmasında dünyanın 67 ölkəsindən  329 Quran hafizi və qarisi iştirak edib.
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei 36-cı "Beynəlxalq Quran Müsabiqəsi"nin iştirakçıları ilə görüşüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-15-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap