header

 İranda sel fəlakətində ölənlərin sayı 76-ya yüksəlib

İran Ədliyyə Tibb İdarəsinin sədri Əhməd Şucai 31 vilayətdən 25-ni təsiri altına alan şiddətli yağışlardan yaranan sellərə görə ölkə daxilində həyatını itirənlərin sayını açıqlayıb.

İran Ədliyyə Tibb İdarəsinin sədri Əhməd Şucai 31 vilayətdən 25-ni təsiri altına alan şiddətli yağışlardan yaranan sellərə görə ölkə daxilində həyatını itirənlərin sayını açıqlayıb.

FaktXəbər-in İran mediasına istinadən bildirir ki, Şucai açıqlamasında sel fəlakətinə görə Fars əyalətində 23, Loristanda 14, Gülüstanda 8, Mazandaran, Həmədan və Huzistanda 5, Şimali Xorasan və Kohgiluye-Buyer Əhməddə 3, İlamda 2, Xorasani Rəzəvi, Simnan, Kirmanşah, Qum, İsfahan, Qəzvin və Zəncan əyalətlərində də 1 nəfər olmaqla ümumilikdə 76 nəfərin dünyasını dəyişdiyini bildirdi.

Qeyd edək ki, İranın 25 vilayətində 17 martdan bu yana yağan yağışlara görə yaranan sel fəlakəti böyük ziyana və insan itkisinə səbəb olub.

Azərbaycan sel fəlakətinin nəticələrinin aradan qaldırılması üçün İrana humanitar yardım göndərib. Aprelin 10-da FHN-in ayırdığı humanitar yardım Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayından İrana yola salınıb.

Ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, "Katerpiller", "Komatsu" markalı 2 ədəd ekskavator daxildir.

İran Ədliyyə Tibb İdarəsinin sədri Əhməd Şucai 31 vilayətdən 25-ni təsiri altına alan şiddətli yağışlardan yaranan sellərə görə ölkə daxilində həyatını itirənlərin sayını açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-14-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap