Qar uçqununda həlak olan hərbçimiz bu gün dəfn edilir
Posted on : Ölkə 04/14/2019
Mart ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb. O, Qazax rayonu Yuxarı Salahlı kəndinin sakinidir.
Tashaio.com-in Sputnik Azərbaycan-a istinadən xəbər veri ki, onun cənazəsi bu gün səhər saatlarında doğulduğu kəndə aparılıb və kənd qəbiristanlığında dəfn edilib.