header

 İşğalçı ordu Qəzzada daha bir yeniyetməni güllələyərək qətlə yetirib (FOTOVİDEO)

Dünən cümə günü ilə əlaqədar Qəzzada keçirilmiş növbəti Böyük Qayıdış yürüşü işğalçı İsrail ordu qüvvələrinin hücumundan sığortalana bilməyib.

Dünən cümə günü ilə əlaqədar Qəzzada keçirilmiş növbəti Böyük Qayıdış yürüşü işğalçı İsrail ordu qüvvələrinin hücumundan sığortalana bilməyib.
 
Tashaio.com "Felestin.info"-a istinadla xəbər verir ki, Qəzzanın blokada sərhədinin qarşı tərəfindən mövqe tutmuş işğalçı ordu dinc nümayişçiləri gülləbaran edib, çoxlu sayda gözyaşardıcı qaz bombaları tətbiq edib.
 
Nəticədə 15 yaşlı Məysəra Əbu Şəlluf adlı yeniyetmə həlak olub, 66 nəfər isə yaralanıb. Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yaralıların arasında bir tibb işçisi də var.
 
Bildirək ki, sayca 54-cü Böyük Qayıdış yürüşündə yüzlərlə Qəzza sakini iştirak edib. 2018-ci ilin 30 martından başlamış bu yürüşlər Qəzzaya qarşı 13 ildir davam edən blokadanın ləğvini və qaçqınların öz yurdlarına geri qayıtmaq hüquqlarını tələb edir.
 
Lakin işğalçı İsrail ordusunun tətbiq etdiyi hərbi güc nəticəsində bugünədək bu yürüşlərdə 282 fələstinli həlak olub, 31 min nəfər yaralanıb. Onlardan 500 nəfərinin vəziyyəti hələ də ağır olaraq qalır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Dünən cümə günü ilə əlaqədar Qəzzada keçirilmiş növbəti Böyük Qayıdış yürüşü işğalçı İsrail ordu qüvvələrinin hücumundan sığortalana bilməyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-13-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap