header

 Səudiyyə rejimi Yəməndə məktəbi vurdu, 10 uşaq həlak oldu, 60 yaralandı

Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada şagirdlərin təhsil aldığı orta məktəbi bombalayıb.

Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada şagirdlərin təhsil aldığı orta məktəbi bombalayıb.

 

Tashaio.com Əl-Məsirəyə istinadən xəbər verir ki, Səudiyyə rejiminin döyüş təyyarələrinin Yəməndə məktəb binasını bombalaması nəticəsində 10 məktəbli həlak olub, 60 uşaq da yaralanıb.

 

BMT-nin Təhsil, Mədəniyyət və Elm Komitəsi (UNESCO) bütün insan haqları təşkilatlarını və beynəlxalq birliyi vəzifələrini yerinə yetirməyə, Yəməndəki uşaqları qorumağa və münaqişələr və müharibələrə son qoymağa çağırıb.

 

Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri aprelin 10-u səhər sübh saatlarında da Yəmənin paytaxtı Sənaya qarşı hava hücumu təşkil edib.

 

Səudiyyə rejiminin koalisiyasına məxsus döyüş təyyarələri Yəməndə bir plastik zavoduna 3 mərhələdə hava hücumu təşkil edib və təcavüz nəticəsində zavodda yanğın baş verdiyi qeyd olunub.

 

Səudiyyə rejiminin koalisiya qüvvələri Sənadakı yəmənli qrupların mövqelərinə də hava hücumu həyata keçirib.

 

Yəmənin Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii də verdiyi sonuncu mətbuat açıqlamasında, Səudiyyə rejiminə aid hərbi təyyarələrin son həftədə 97 dəfə ölkənin fərqli nöqtələrini bombaladığını söyləmişdi.

 

Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada şagirdlərin təhsil aldığı orta məktəbi bombalayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-10-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap