header

 Ayətullah Xamenei: ‘Elə edin ki, ABŞ hərbi kontingenti tez bir zamanda İraqdan çıxsın’

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İranda səfərdə olan İraqın baş naziri Adil Əbdülmehdinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  İranda səfərdə olan İraqın baş naziri Adil Əbdülmehdinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
 
Tashaio.com “Leader.ir” saytına istinadən xəbər verir ki, görüşdə Ayətullah Xamenei İran və İraqın münasibətlərini  iki qonşu ölkənin münasibətlərindən daha üstün olduğunu vurğulayıb. “İran dövləti və xalqı İraqın inkişafı və səadətini öz xeyrinə bilir, lakin ABŞ İraqda demokratiyanın bərqərar olmasını istəmir. Hazırkı İraq rəhbərliyi ABŞ üçün arzu olunmaz və mənafelərinə zərərlidir. Bu səbəbdən İraq hökuməti elə etməlidir ki, ABŞ hərbi kontingenti tez bir zamanda İraqdan çıxsın. Əgər uzun müddət ölkənizdə qalsalar, onları çıxartmaqda problemlərlə üzləşəcəksiniz”. 
 
İraqlı gənclərin İŞİD-ə qarşı mübarizəsini yüksək qiymətləndirərək bunun bir tarixi hadisə olduğunu bildirən Ayətullah Xamenei ABŞ və Səudiyyə Ərəbistanın İraq haqda dildə dedikləri xoş sözlərinin onların əsl istəklərilə fərq etdiyini söyləyib. 
Ayətullah Xamenei deyib ki, İŞİD Mosulu işğal edən zaman silah və pulla təchiz edənlər İraq qələbə qazandıqdan sonra İraqla dost olduqlarını bildirirlər. 
 
Baş nazirin "İraqda İŞİD qalıqlarına belə yer yoxdur" sözlərinə toxunan  Ayətullah Xamenei bildirib ki, İraq dövləti gərək tamamilə ayıq olsun. Çünki əgər dövlətinizdə zəiflik hiss etsələr, onlar yenidən öz cinayətlərinə start verəcəklər.  
Ayətullah Xamenei həmçinin İraq hökümətinin əvvəlkindən daha artıq İraq mərcəiyyətilə sıx əlaqədə olmağa dəvət edərək bunun ölkə üçüm faydalı olacağını qonaqların diqqətinə çatdırıb. 
 
Ali Rəhbər İraq hökumətinə  elmi inkişafları artırmağı tövsiyə edib və bildirib ki,  bir təcrübə olaraq bildirmək istəyirəm ki, İraqda elmi inkişaf olarsa bu  müxtəlif sahələrdə  davamlı toxunulmazlığa şərait yaradacaq. 
 
 
 
 
 
 
 
 

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İranda səfərdə olan İraqın baş naziri Adil Əbdülmehdinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap