header

 Höccətül-islam Əzizi: Azərbaycan dövləti islamçı məhbusları tezliklə azad etsin

Ərdəbildə Azərbaycan Respublikasının islamçı məhbusları ilə həmrəylik günü münasibətilə mərasim keçirilib.

İmamzadə Sədrəddin türbəsində baş tutan həmrəylik mərasiminin xətibi höccətül-islam Əzizi deyib: “2015-ci il noyabrın 26-da bizim qonşuluğumuzda Azərbaycan Respublikasının Nardaran qəsəbəsində baş verən hadisə bütün möminlərin hislərini yaraladı, alim və təqlid mərcələrini kədərləndirdi. İmam Hüseyn (ə) Ərbəini günlərində baş tutan bu acı hadisədə Azərbaycan dövlətinin təhlükəsizlik və polis qüvvələri əzadarlıqla məşğul olan dindarlara hücum etdi. Dindarlarla belə davranış doğrudan da vəhşilik idi və bir dövlət üçün rüsvaylıq sayılır.”

Nardaran hadisələrini şərh edən xətib deyib: “Həkimə Xatunun qəbri yerləşdiyi müqəddəs bir məntəqədə İmam Hüseyn (ə) əzadarlarına qarşı bu hücumda dörd nəfər dindar şəhid oldu, çoxlu dindar yaralandı və onlarla insan həbs edilərək əsassız ittihamlarla zindana salındı.”

Höccətül-islam Əzizi əlavə edib: “Nardaranda “Sahibəz-Zaman (əc)” adlı elmi hövzə də var idi və orada 30-40 nəfər dini təhsil alırdı. Hətta, onlardan bəziləri Quma gəldilər, Quran və hədis elmlərini öyrəndilər.”

Mərasimin xətibi nitqinin davamında deyib: “Ötən illərdə Azərbaycanda doktor Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov, Hacı Tale Bağırzadə kimi bir çox alim və islamçıları “terrorçu”, “hazırkı hökuməti devirməyə səy edən” kimi müxtəlif əsassız bəhanələrlə uzunmüddətli həbslərə məhkum etdilər.

Hacı Mövsüm Səmədov kimi əxlaq və irfani bir şəxsə narkotik maddə daşıyıcısı ittihamı vurmaq olarmı? Doğrudan da təəssüfləndiricidir.”

Höccətül-islam Əzizi deyib: “Azərbaycan Respublikasında din əleyhdarlarının Hacı Tale Bağırzadənin ətrafındakı adamlara necə hücum etmələri və onları zindana salmalarının, terrorçu adı ilə 4 dindarı şəhid etmələrinin şahidi olduq. Çox əfsuslar olsun ki, din əleyhdarları öz anti-din hərəkətlərinin davamında bu ölkədə “Sahibəz-Zaman (əc)” mədrəsəsini də dağıtdılar və onun yeri indi avtomobil parkinginə çevrilib.

Azərbaycanın dövlət başçıları tənqidçinin sözünü eşitməkdə dünyada ilk yerdə dayandıqlarını iddia edirlər. Buna inanmaq mümkündürmü? Siz dindarları haqlı olan ən kiçik tənqidə görə həbsxanaya göndərdiyiniz, hətta dindarlara öz evlərində də dini mərasim keçirməyə icazə vermədiyiniz bir halda buna necə inanmaq olar? Demokratiya və tənqidçilərin haqlarına hörmətdən dəm vuran bir ölkənin bu rəftarları qəbulediləndirmi?”

Höccətül-islam Əzizi Azərbaycanın dövlət məsullarına səslənərək deyib: “Mütləq tarixi mütaliə edin və dindarlara zülm edən kəslərin aqibətini öyrənin. İnsanların fitrətləri ilə mübarizə aparmaq olmaz. İmam Hüseynə (ə) olan sevgini heç kim məhv edə bilməz. İmam Əli (ə) və İmam Zaman (əc) sevgisi Azərbaycan xalqının zatında, qanındadır.

Bir neçə gün bundan əvvəl islamçı məhbuslardan bir neçəsi zindandan azad oldu. Bizim gözləntimiz budur ki, Azərbaycan dövləti tezliklə digər məhbusları da zindandan azad etsin.

Azərbaycanın dövlət məsulları özlərini sionist rejim və Amerikanın oyuncağına çevirməsinlər. Çünki onlar regionda məşum məqsədlər ardıncadır.”

Mərasimin sonunda məddah Kərbəlayi Qadir Sai Nardaran şəhidlərinin mədhində şer oxuyub.

 

Ərdəbildə Azərbaycan Respublikasının islamçı məhbusları ilə həmrəylik günü münasibətilə mərasim keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap