header

 İsrail Qəzzada cümə yürüşünü atəşə tutub, 83 nəfər yaralanıb (FOTO)

Dünən cümə günü ilə əlaqədar Qəzzada 53-cü Böyük Qayıdış yürüşü keçirilib. Qəzzanı ayıran blokada sərhədinin qarşı tərəfində mövqe tutmuş işğalçı İsrail ordusu dinc nümayişçiləri intensiv atəşə tutub.

Tashaio.com Felestin.info-a istinadla xəbər verir ki, yürüş iştirakçılarına odlu silahlardan və qaz bombaları ilə açılmış atəş nəticəsində azı 83 nəfər yaralanıb.
 
Bu barədə açıqlama verən Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Qidra bildirib ki, yaralılardan üçünün vəziyyəti ağırdır.
 
Yürüşü izləyən şahidlərin sözlərinə görə, işğalçı ordu bu dəfə dinc nümayişçilərə qarşı naməlum tərkibli qırmızı rəngli qazlardan istifadə edib. Atılmış qaz qumbaralarından xaric olaraq ətrafa yayılan qırmızı rəngli qazın zəhərli olduğu güman edilir.
 
Bildirək ki, 2018-ci ilin 30 mart tarixindən başlamış Böyük Qayıdış yürüşlərində mənbələrin yazdığına görə bugünədək 282 nəfər həlak olub, 31 min nəfər yaralanıb. Yaralılardan 500 nəfərin vəziyyəti ağırdır.
 
Dünən cümə günü ilə əlaqədar Qəzzada 53-cü Böyük Qayıdış yürüşü keçirilib. Qəzzanı ayıran blokada sərhədinin qarşı tərəfində mövqe tutmuş işğalçı İsrail ordusu dinc nümayişçiləri intensiv atəşə tutub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-06-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap