header

 BMT: İsrail planlı şəkildə fələstinliləri içməli sudan məhrum edir

BMT-nin insan hüquqları üzrə xüsusi təhqiqatçısı bəyan edib ki, İsrail milyonlarla fələstinlini içməli suya sərbəst çıxış haqqından məhrum edir, planlı şəkildə minerallarla zəngin torpaqları hissə-hissə zəbt edir.

Tashaio.com "Felestin.info"-a istinadla xəbər verir ki, BMT-nin Fələstin ərazilərində insan hüquqları üzrə xüsusi məruzəçisi Maykl Linkin dünənki açıqlamasına görə, İsrail İordan çayının qərb sahilində yəhudilər üçün qanunsuz yaşayış məskənlərinin inşasını və genişləndirilməsini fasiləsiz olaraq davam etdirir. M.Link əlavə edib ki, hər il Fələstin torpaqlarına 20-25 min yəhudi köçərək məskunlaşır.
 
Yəhudi məskənlərinin fəaliyyətini izləyən "Sülh İndi" hərəkatının hesabatına əsasən, Netanyahu hökumətinin dövründə İordan çayının qərb sahilinin daxili ərazilərində belə qanunsuz yəhudi məskənlərinin inşası və genişləndirilməsi geniş vüsət alıb.
 
Bildirək ki, 1967-ci ildə İordan çayının qərb sahili və Şərqi Qüdsün işğalından sonra bu ərazilərə 500-600 min yəhudi miqrant köçürülərək məskunlaşdırılıb. Hazırda dünyanın 196 ölkəsi beynəlxalq hüquqa əsaslanaraq İsrailin Fələstin torpaqlarında saldığı yəhudi məskənlərini qanunsuz hesab edir.
BMT-nin insan hüquqları üzrə xüsusi təhqiqatçısı bəyan edib ki, İsrail milyonlarla fələstinlini içməli suya sərbəst çıxış haqqından məhrum edir, planlı şəkildə minerallarla zəngin torpaqları hissə-hissə zəbt edir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-19-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
Tashaio.com
SiteMap