header

 İxlas – hikmət məktəbinin şagirdlərinin əsas işi

İxlas, həqiqət ardıcıllarını qırx gün ərzində ali hikmət dərəcələrinə çatdırır.

İxlas, həqiqət ardıcıllarını qırx gün ərzində ali hikmət dərəcələrinə çatdırır. Hikmət məktəbinin şagirdləri ixlas sayəsində təsəvvürə sığmayan bəsirət və yəqinlik əldə edirlər. Allahın Rəsulu (s) buyurur: Hər kəs qırx gün yalnız Allah üçün işləsə,(Allahın xüsusi lütfünə hazır olaraqqəlbindən dilinə hikmət bulaqları axar.”(“Camius-səadət”, 2-ci cild, səh.404.)

İxlasın əsası

Riya bəlasına düçar olanlar yəqin və inam mərhələsindən uzaqdırlar. İmam Əli (ə) buyurur: İxlas yəqinin nəticəsidir.” (“Fehresti Qurərul-hikəm”.)

İnsan Allahı, qiyaməti, mükafatı və sair həqiqətləri anlaya bilər. Lakin yəqin və inam mərhələsinə çatmayan elm lazımı təsirə malik deyil. Hamı bilir ki, ölü heç bir işə qadir deyil. Lakin bir çoxları yenə də ölüdən qorxur.

Riyakar Allahı, qiyaməti və hesab-kitabı tanıya bilər. Lakin onun elmi yəqin mərhələsinə çatmadığı üçün ixlasdan uzaqlaşır. Yəqin halı çox ibadət sayəsində əldə edilir. Quran buyurur: Yəqinə çatanadək ibadət et.” (“Hicr” surəsi, ayə 99.)

Əgər yəqin etsən ki, aləm Allahın hüzurundadır, izzət bəxş etmək və kiçiltmək də Onun əlindədir. Dünya və dünya bərbəzəkləri xırda, ötəri və aldadıcı sərmayədir, əməl zamanı ixlasa çalışarıq.

İxlasın nəticəsi

İnsanın Allahla xalis əlaqəsi batinin nurlanmasına, səfalanmasına və qəflət pərdələrinin götürülməsinə səbəb olur. Nəticədə, həyatın çətin anlarında insana yol açılır. İmam Əli (ə) buyurur: Qəlbə ixlasla yanaşı nuraniyyət  bəsirət gələr.” (“Fehresti Qurərul-hikəm”.)

Bu Qurani-Kərimin təqvanın nəticəsi kimi bəyan etdiyi həmin “fürqan”dır. (Haqla nahaqqı ayırd edən). (Bax: “Ənfal” surəsi, ayə 29.)

Başqa bir ayədə buyurulur ki, əgər təqvalı olsanız, Allah sizə bir nur verər və bu nurla yolunuzu gedərsiniz. (Bax: “Hədid” surəsi, ayə 28.)

İxlas, nəfsə tabe olmamaq və təqva insanın gözünü açır, onu həvəs, cəhalət və şirk qaranlıqlarından elm, tövhid və nur fəzasına çıxarır. Hər kəsin ixlası olsa, nicat tapacaq. (Bax: “Fehresti Qurərul-hikəm”, səh.92.)

İxlas böyük, eyni zamanda çətin əldə olunan bir dəyərdir. İmam Səccad (ə) mübarək Ramazan ayının səhər dualarında Allahdan istəyir ki, qəlbini nifaqdan, əməlini riyadan təmizləsin. İmam Hüseyn (ə) “Ərəfə” duasında Allahdan ixlaslı əməl diləyir.

Cəmiyyət arasında ixlas

Dəyərli ixlas cəmiyyət arasında ictimai fəaliyyətlər və məsuliyyətlərlə yanaşı olan ixlasdır. Bəziləri yanılaraq xalqdan kənarda ixlas axtarırlar. Allah dadlı və xalis südü qida ilə qan arasında yaradır. (Bax: “Nəhl” surəsi, ayə 66.)

Xalis insan özünü cəmiyyətdəki hər növ çirkin işlərdən təmiz saxlamalıdır. O, niyyətini və əməlini riya çirkabından qorumalıdır. Belə əldə olunan ixlas dəyərli və mühümdür.

İxlaslı şəxs özünü Allahın ixtiyarına verir və qəlbini ilahi eşq mənzili edir. Onun bütün əməllərinə ilahi məqsəd hakim olur və bu yolla izzətə çatır.

Maide.az – Maarif bölümü

İxlas, həqiqət ardıcıllarını qırx gün ərzində ali hikmət dərəcələrinə çatdırır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-18-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap