header

 Görmədiyi insanın adını bilmək, qəlbində hacəti olanın arzusunu yerinə yetirmək – İmam Cavadın (ə) kəramətləri

İmam Cavad (ə) hələ yeddi yaşı olan zaman imamət kürsüsünə əyləşməyə məcbur olur. Bəziləri onun yaşının kiçik olmasına görə vilayətini qəbul etməkdə çətinlik çəkirdilər. Ona görə də İmam Cavad (ə) gərək öz kəramətlərini nişan verəydi ki, belə insanların qəlbi aram olardı.

Əbu Haşim nəql edir: “İmam Cavadın (ə) hüzuruna gəlmişdim və üç məktub gətirmişdim ki, heç birində kimdən olduğu yazılmamışdı. İmam (ə) məktublardan birini məndən aldı və buyurdu: “Bu məktub Riyan ibni Şəbibdəndir”.

Sonra ikinci məktubu aldı və buyurdu: “Bu məktub isə Muhəmməd ibni Həmzədəndir”.

Üçüncü məktubun da kimdən olduğunu söylədi.

Mən təəccüb içində idim və İmam (ə) mənə baxdı və gülümsədi.

İmam (ə) mənə içərisində 300 dinar olan pul kisəsi vermişdi. Məndən istəmişdir ki, onu əmi uşaqlarından birinə çatdıram. O, mənə buyurmuşdu ki, əmim oğlu sənə deyəcəkdir: “Mənə bir taciri tanıt ki, bu pulla mal ala bilim”.

Mən İmamın (ə) buyurduğu kimi, pul kisəsini onun yanına apardım və o, mənə dedi: “Ey Əbu Haşim! Mənə bir nəfər tacir tanıt ki, bu pulla mal ala bilim”.

Mən də onun dediyi kimi etdim”.

Əbu Haşim başqa yerdə nəql edir: “Əsgərlərdən biri İmam Cavadın (ə) onu işə qəbul etməsi üçün məndən xahiş etmişdi. Ona görə Həzrətin (ə) yanına getdim və onu insanlarla yemək yeyən halda gördüm. Ona görə də həmin əsgərin xahişini Həzrətə (ə) deyə bilmədim. İmam (ə) mənim yanıma yemək qoyub, buyurdu: “Əbu Haşim, ye!”.

Mənimlə başqa söz danışmamış, xidmətçilərindən birinə buyurdu: “Ey xadim! Əbu Haşimin bizim xidmət üçün hazırladığı əsgəri işə qəbul et”.

Əbu Haşim yenə nəql edir: “Bir gün İmam Cavadla (ə) bir bağa daxil oldum. Ona dedim: “Qurbanın olum! Mən gül yeməyi sevirəm. Allahdan istə ki, məni bu adətimdən çəkindirsin”.

İmam (ə) sükut etdi. Bir neçə gün keçəndən sonra mənə buyurdu: “Ey Əbu Haşim! Allah gül yemək adətini səndən almışdır”".

Əbu Haşim deyir: “O gündən sonra heç bir şeyə gül kimi ikrah hissi bəsləmədim”.

Əli ibni Əsbat nəql edir: “İmam Cavad (ə) atasının şəhadətindən bir qədər keçəndən sonra bizim aramızda görünməyə başladı. Ona diqqətlə baxdım ki, dostlarıma onun haqqında danışa bilim”.

O Həzrət (ə) əyləşdi və buyurdu: “Ey Əli! Allah peyğəmbərlik mövzusunda hüccətini tamam etdiyi kimi ki, buyurmuşdu: “Və Biz ona uşaqlığında hikmət (və İlahi maarifin dərkini və peyğəmbərlik) əta etdik”. (“Məryəm (s.ə)” 12), eləcə də imamət mövzusunda da hüccətini tamam etmişdir”. (Həvzəh)

İmam Cavad (ə) hələ yeddi yaşı olan zaman imamət kürsüsünə əyləşməyə məcbur olur. Bəziləri onun yaşının kiçik olmasına görə vilayətini qəbul etməkdə çətinlik çəkirdilər. Ona görə də İmam Cavad (ə) gərək öz kəramətlərini nişan verəydi ki, belə insanların qəlbi aram olardı.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-17-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap