Gündəlik hökmlər: Televizordan yayımlanan azan və iqamənin hökmü
Posted on :
Əqidələr
03/16/2019
Tashaio.com "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin Televizordan yayımlanan azan və iqamənin hökmü haqqında suala cavabını təqdim edir:
Sual: İzahlı şəriət məsələləri risaləsində deyilib: "Başqasının azan və iqaməsini eşidənin - istər onunla birlikdə təkrar etmiş olsun, ya olmasın - qılacağı namaz ilə həmin azan və iqamənin arasında fasilə çox olmasa, namazını həmin azan və iqamə ilə qıla bilər və öz namazı üçün azan və iqamə deməyə də bilər". Əgər azan və iqamə radio və televizordan da eşidilərsə, bu hökm keçərlidirmi?
Cavab: Əgər birbaşa yayımdırsa, qeyd olunan hökm buna da aid olur.