ABŞ: Ümid edirik, İran sözünü tutacaq
Posted on : iran 03/14/2019
ABŞ-lı rəsmi nüvə sazişi ilə bağlı danışıb.
Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ hesab edir ki, İran nüvə sazişinə əməl etməyə davam edəcək.
Bu bəyanatla ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk çıxış edib.
“Biz gözləyirik ki, İran əməl edəcək”, - deyə o qeyd edib.
Onun fikrincə, İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) Tehrana qarşı tələblərin “ən aşağı həddini bərqərar edib”.
“İran üçün sazişdən çıxmağın yerinə, sazişdə qalmaq daha sərfəlidir”, - deyə o əlavə edib.