header

 Zərif: “Tehran və Bağdad Səddam müharibəsinin qalıqlarından birini də ortadan qaldırdı”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehran ilə Bağdadın Səddam müharibəsinin qalıqlarından birini də aradan qaldırdığını bildirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehran ilə Bağdadın Səddam müharibəsinin qalıqlarından birini də aradan qaldırdığını bildirib.

 

Tashaio.com Sputnik-ə istinadən xəbər verir ki, M.C.Zərif sosial şəbəkədən verdiyi açıqlamasında, İranın prezidenti Həsən Ruhaninin Bağdaddakı görüşlərindən sonra, hər iki rəhbərlik tərəfindən verilən qərarları qiymətləndirib.

 

Açıqlamasında İraqın baş naziri Adil Abdulmehdi tərəfindən qonaq olunduqlarını bildirən M.C.Zərif, belə qeyd edib: “Bu gün iki ölkə liderləri tarixi bir ortaq açıqlama yayıb. 1975-ci ildəki Əlcəzair müqaviləsi həyata keçiriləcək və İraq ilə İran arasındakı çay sürətlə palçıqdan təmizlənəcək. Bu bəyanatla Səddam müharibəsinin qalıqlarından biri də ortadan qalxdı”.

 

Xatırladaq ki, İraqın keçmiş diktatoru Səddam Hüseyn və İran Şahı Məhəmməd Rza Pəhləvi tərəfindən 1975-ci ildə Əlcəzair prezidentinin vasitəçiliyi ilə imzalanan və Əlcəzair müqaviləsi kimi tanınan “Sərhəd və yaxşı qonşuluq müqaviləsi”, iki ölkə arasında quru və çay sərhədlərinin müəyyən edilməsini nəzərdə tuturdu. Ancaq Səddam Hüseyn bu müqaviləni 1980-ci ildə ləğv etdiyini açıqlamışdı.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehran ilə Bağdadın Səddam müharibəsinin qalıqlarından birini də aradan qaldırdığını bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-13-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap