header

 İşğalçı İsrail ordusu bir sutkada 3 fələstinin ölümünə səbəb olub

Dünən işğalçı İsrail rejim qüvvələri İordan çayının qərb sahilinin Salfit şəhərinə hücum edib. Sakinləri avtomat silahlarla atəşə tutan işğalçılar rezin örtüklü metal güllələrdən və qaz qumbaralarından istifadə ediblər.

Tashaio.com "Felestin.info"-a istinadla xəbər verir ki, zorakı basqın zamanı bir fələstinli gənc güllələnərək öldürülüb, 40 nəfər isə müxtəlif dərəcəli yaralar alıb. Məlumata görə, 23 yaşlı Məhəmməd Cəmil Şahin ürəyindən güllələnib və hadisə yerində dünyasını dəyişib.
 
Fələstin Qızıl Aypara Cəmiyyətinin bildirdiyinə görə, azı 40 fələstinliyə tibbi yardım göstərilib, onların əksəriyyəti güllə yarası alıb, bir qismi isə zəhərli qazlardan təsirlənib.
 
Salfitə basqın edən işğalçılar şəhərin müxtəlif səmtlərində postlar qurub, yolları kəsiblər. Daha sonra şəhərin daxilində məhəllələrə, evlərə, dükanlara basqınlar ediblər, rastlarına çıxan təhlükəsizlik kameralarını sökərək ələ keçiriblər.
 
Bildirək ki, dünən, həmçinin əl-Xəlil şəhərində də güllələnmə hadisəsi baş verib. İşğalçı İsrail ordusunun əsgərləri 36 yaşlı Yasir Fövzi Şüveykini güllələyərək qətlə yetiriblər.
 
İşğalçı ordu bu hadisə ilə bağlı yaydığı açıqlamada iddia edib ki, Yasir Şüveyki işğalçı əsgərlərə bıçaqla hücum etdiyi üçün güllələnib.
 
Fələstin mənbələri isə bildirib ki, o, Xəlil şəhər şəriət məhkəməsinin qərarlarını paylayarkən güllələnib.
 
Qızıl Aypara Cəmiyyətinin bildirdiyinə görə, Yasir Şüveyki güllələndikdən sonra bir müddət yaralı vəziyyətdə yerdə qalıb. İşğalçı ordu tibbi yardımın ona yaxınlaşmasına imkan verməyib.
 
Mərhumun atası bildirib ki, yaxınlıqda atəş səsi eşitsə də, oğlunun güllələndiyini bilməyib. Oğlu yerli şəriət məhkəməsində çalışırmış.
 
Y.Şüveykinin ölümündən sonra bir qrup fanatik yəhudi miqrant şəhərin küçələrinə çıxaraq onun ölümünü bayram edərək şadyanalıq keçiriblər.
 
Qeyd edək ki, dünən, həmçinin Fələstin Səhiyyə Nazirliyi 23 yaşlı daha bir gənc - Musa Məhəmməd Musanın da dünyasını dəyişdiyi xəbərini yayıb. O, martın 1-də Böyük Qayıdış yürüşündə İsrail ordusu tərəfindən güllələnərək ağır yaralanıb.
 
Dünən işğalçı İsrail rejim qüvvələri İordan çayının qərb sahilinin Salfit şəhərinə hücum edib. Sakinləri avtomat silahlarla atəşə tutan işğalçılar rezin örtüklü metal güllələrdən və qaz qumbaralarından istifadə ediblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-13-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap