header

 İxlassız ibadət batildir

Bütün ibadətlər Allaha yaxınlıq məqsədi ilə olmalıdır. Əgər ibadətin bir hissəsi Allahdan qeyrisi üçün olarsa batildir. Məsələn, əgər namazda vacib əməllərdən biri Allahdan qeyrisi üçün olarsa namaz qəbul deyil.

Müstəhəb əməllər riyakarlıqla olarsa, yaxud ibadətin zamanı (ilk vaxtda qılmaq) və məkanı (birinci sırada və ya məsciddə qılmaq) Allahdan qeyrisi üçün olarsa, namaz batildir. Allah zaman, məkan, keyfiyyət və xüsusiyyət baxımından yalnız Ona xatir olan və heç bir şərik qoşulmayan ibadətləri qəbul edir. Qurani-Kərimdə buyurulur: “...Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” (“Kəhf” surəsi, ayə 110.)

Hədisdə də belə buyurulur: Cəbhədə qənimət yığmaqgüc nümayiş etdirmək bu kimi başqa səbəblərə görə döyüşməyin dəyəri yoxdur.” (Bax: “Muhəccətul-bəyza”, 6-cı cild, səh.171.)

İxlaslı olmaq və riyadan uzaqlaşmaq çətin bir işdir. İmam Həsən Əskəri (ə) buyurur: İnsanın işlərinə şirkin qatılması qaranlıq gecədə qara daş üzərində qarışqanınhərəkətindən daha gizlindir.” (“Tuhəful-uqul”, səh.487.)

İmam Əlinin (ə) ixlas barəsində xeyli buyuruqları var. Onlardan bir neçəsini xatırlayaq:

Xalis niyyət son hədəfdir.”

İxlas qurtuluşdur.”

İman xalis  görməkdir.”

İxlas imanın ən üstün mərtəbəsidir.”

İxlassız bütün əziyyətlər məhvə məhkumdur.”

Allahın əzəmətini anlamağın nəticəsi Ondan başqası üçün heç bir görməməkdir.”

Əməlin qəbul olması  ucalması ixlasa bağlıdır.”

Niyyətlər xalis olarsaəməllər inkişaf edər

Yalnız Allah üçün  görənlər istəklərinə çatar.” (“Fehresti-Ğurər”, “İxlas” kəlməsi.)

Bir çox başqa hədislər göstərir ki, ixlasın məqamı ucadır. Xalis niyyət əməllərə dəyər verir. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.78-79.)

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-13-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap