Gündəlik hökmlər:Tatu edəndən sonra dəstəmaz almaq və qüsl verməyin hökmü
Posted on :
Əqidələr
03/13/2019
Tashaio.com "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin Tatu edəndən sonra dəstəmaz almaq və qüsl verməyin hökmü haqqında suala cavabını təqdim edir:
Sual: Tatu elətdirmiş və qaşında yara olan qadın qüsl və dəstəmaz əvəzinə təyəmmüm edə bilərmi?
Cavab: Əgər yaranın üzü açıqdırsa, suyun da ona zərəri yoxdursa, gərək dəstəmaz və qüslünü adi qaydada yerinə yetirsin. Əgər suyun yaraya zərəri varsa, yaranın ətrafını yusun və zərəri olmazsa, ehtiyat əsasən yaş əlini yaranın üzərinə çəksin.