Zərif: “Amerika İran-İraq əlaqələrini dayandıra bilməz”
Posted on : iran 03/12/2019
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Səddam tərəfindən başladılan 8 illik amansız müharibənin İran-İraq arasında ayrılıq salmadığını bildirərək, Amerikanın da iki ölkə əlaqələrini dayandıra bilməyəcəyini söyləyib.

Tashaio.com İRNA-ya istinadən xəbər verir ki, BBC-nin ərəbcə kanalına açıqlama verən Məhəmməd Cavad Zərif, İranın İraqda Amerika ilə rəqabət aparmadığını bildirərək, Amerikanın İraqı Amerika və İran arasında seçim etməyə məcbur etdiyini qeyd edib.
İranın heç vaxt İraqdan seçim etməyi istəmədiyini qeyd edən Məhəmməd Cavad Zərif, İran-İraq arasında yaxşı əlaqələr olduğunu, İraqın İranın qonşusu olduğunu və Amerikanın iki ölkə əlaqələrini dayandıra bilməyəcəyini söyləyib: “Bizim Güclü Region adlı bir strategiyamız var. Bu strategiyada güclü ölkə və ya şəxslər yerinə, güclü bölgə, region durur. Bu vaxta qədər kifayət qədər güclü şəxslərə sahib idik, artıq güclü regiona ehtiyacımız var.
Biz burada başqa ölkəyə qarşı deyilik. Biz başqa ölkəyə müdaxilə etmirik. Bizim tutumumuz aydındır. Biz dialoq istəyirik”.