header

 İsrailin Rəmallahdakı reydləri səngimir, iki gənc güllə yarası alıb

Dünən axşam saatlarında Rəmallahın Nəbi-Saleh kəndində işğalçı İsrail rejim qüvvələrilə yerli sakinlər arasında qarşıdurma yaşanıb.

Dünən axşam saatlarında Rəmallahın Nəbi-Saleh kəndində işğalçı İsrail rejim qüvvələrilə yerli sakinlər arasında qarşıdurma yaşanıb.
 
Tashaio.com "Felestin.info" -a istinadla xəbər verir ki, işğalçı ordu sakinlərə tərəf rezin örtüklü metal güllələr və gözyaşardıcı qaz qumbaraları atıblar. Etiraçılar isə daş atmaqla cavab veriblər. İşğalçılar daha sonra əraziyə əlavə ordu qüvvələri cəlb ediblər, kəndin girişindəki metal darvaza ələ keçirilib, məntəqəyə giriş-çıxış nəzarətə götürülüb.
 
Kəndi blokadaya alan işğalçı ordu daha sonra kəndin içərilərinə doğru irəliləyib və evlərə qaz bombaları atıb, xeyli sakin zəhərli qazların təsirindən halsızlaşıb.
 
Bununla paralel olaraq Rəmallahın şimal səmtindəki Kobar qəsəbəsində də zorakı reyd keçirilib. Burada iki yerli gənc işğalçı ordunun açdığı atəşlə yaralanıb.
 
Yerli mənbələrin bildirdiyinə görə, İsrail ordusu reydlərə etirazını bildirən hər kəsə atəş açıblar, əsasən rezin örtüklü metal güllələr tətbiq edilib, xəsarət alanların bir çoxu rezin güllələrin təsirinə məruz qalıb.
Dünən axşam saatlarında Rəmallahın Nəbi-Saleh kəndində işğalçı İsrail rejim qüvvələrilə yerli sakinlər arasında qarşıdurma yaşanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-12-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap