Qurani-Kərimdə münafiqlərin xüsusiyyətləri-2
Posted on : Əqidələr 03/12/2019
Ərəb ədəbiyyatında “nifaq” sözü “gizlətmək”, “küfr etmək” və “zahirdə imanlı olmaq” mənasını bildirir.
Ərəb ədəbiyyatında “nifaq” sözü “gizlətmək”, “küfr etmək” və “zahirdə imanlı olmaq” mənasını bildirir. Qurani-Kərimdə də zahirdə İslamı qəbul edib batində küfr etmək münafiqlərin xüsusiyyətlərindən sayılır. (Əqidədə yaranan) bu nifaq əməldə aşağıdakı xüsusiyyətlərə malikdir:
Münafiqlərin siyasi xüsusiyyətləri
1. Dinə etinasız şəxslərlə dostluq etmək;[1]
2. Vilayət məqamından üz çevirmək;[2]
a) Dini hakimiyyəti qəbul etməmək;[3]
b) Vilayət göstərişlərinə əks çıxmaq;[4]
3. Fürsətdən istifadə etmək;[5]
4. Möminləri təhqir etmək;[6]
5. Fitnə-fəsad törətmək;[7]
6. Psixoloji ixtilaf yaratmaq;[8]
7. Günahları yozmaq.[9]
Münafiqlərin psixoloji xüsusiyyətləri
1. Özlərini böyük şəxsiyyət hesab etmək;[10]
2. Qorxu içində olmaq;[11]
3. İztirab və həyəcan keçirmək;[12]
4. İnadkarlıq;[13]
5. Mənəvi süstlük;[14]
6. Nəfsin istəklərinə uymaq.[15]
Münafiqlərin əxlaqi xüsusiyyətləri
1. Özlərini öymək:
a) Yalan danışmaq və riya;[16]
b) Yalandan and içmək;[17]
v) Səhvləri yozmaq;[18]
q) Zahiri xüsusiyyət və görünüşə diqqət;[19]
d) Yalan vədələr vermək;[20]
2. Dini həqiqətləri gözdən salmaq və şübhə yaratmaq.[21]
Qeyd etməliyik ki, əxlaqda ikiüzlülük dini hökmlərdə iltizamlı olmamaqdır. Bu həm insanda, həm də cəmiyyətdə öz təsirini göstərir.[22] İmam Əli (ə) əxlaqda ikiüzlülük barəsində buyurmuşdur: “İnsanın ən aşkar nifaq və ikiüzlülüyü başqasını itaətə əmr edib günahdan çəkindirdiyi halda, özünün itaət etməməsi və günahdan çəkinməməsidir.”[23]
Həzrət Peyğəmbər (s) də buyurmuşdur: “Dörd xüsusiyyətə malik olan şəxs münafiqdir: yalan danışmaq, verdiyi vədə sadiq qalmamaq, əhd-peymanı pozmaq və (başqalarına) qələbə çaldığı zaman günah işlərə əl atmaq.”[24]
Münafiqlərin ictimai xüsusiyyətləri
1. Özlərini imanlı göstərmək və islahat şüarları;[25]
2. İnsanları yaxşı işlərdən yayındırıb çirkin işlərə dəvət etmək;[26]
3. Paxıllıq;[27]
4. Möminlərdə eyib axtarıb onlara lağ etmək;[28]
5. Bədxahlıq – başqasının başına gələn bəla və müsibətə sevinmək;[29]
6. Kin-küdurət.[30]
Maide.az – Maarif bölümü
[1]. “Mücadilə” surəsi, ayə 14.
[2]. “Nur” surəsi, ayə 47-48.
[3]. “Nisa” surəsi, ayə 60-61; “Münafiqun” surəsi, ayə 7.
[4]. “Nur” surəsi, ayə 62-63.
[5]. “Nisa” surəsi, ayə 141; “Əhzab” surəsi, ayə 19-20.
[6]. “Hud” surəsi, ayə 27; “Şüəra” surəsi, ayə 111; “Tövbə” surəsi, ayə 79.
[7]. “Tövbə” surəsi, ayə 47-48.
[8]. “Əhzab” surəsi, ayə 13.
[9]. “Nisa” surəsi, ayə 62-63.
[10]. “Münafiqun” surəsi, ayə 5; “Bəqərə” surəsi, ayə 206.
[11]. “Əhzab” surəsi, ayə 8-35.
[12]. “Tövbə” surəsi, ayə 56 və 64.
[13]. “Bəqərə” surəsi, ayə 18; “Əraf” surəsi, ayə 179.
[14]. “Nisa” surəsi, ayə 108 və 142; “Tövbə” surəsi, ayə 54.
[15]. “Mühəmməd” surəsi, ayə 16.
[16]. “Münafiqun” surəsi, ayə 1; “Bəqərə” surəsi, ayə 11-12.
[17]. “Münafiqun” surəsi, ayə 2; “Tövbə” surəsi, ayə 56.
[18]. “Tövbə” surəsi, ayə 42.
[19]. “Münafiqun” surəsi, ayə 2; “Bəqərə” surəsi, ayə 204.
[20]. “Tövbə” surəsi, ayə 75-77.
[21]. “Əhzab” surəsi, ayə 12; “Ali-İmran” surəsi, ayə 154.
[22]. “Biharul-ənvar”, 72-ci cild, səh.108.
[23]. “Qürərül-hikəm”, hədis 3214.
[24]. “Xisal”, Şeyx Səduq, səh.254. Nifaq və onun xüsusiyyətləri barəsində bax: “Mənşuri-cavid”, Cəfər Sübhani, 4-cü cild, səh. 9-178; “Əl-mizan”, 2-ci cild, səh. 96-97, 9-cu cild, səh.325, 5-ci cild, səh.116-118, 19-cu cild, səh.278.
[25]. “Nur” surəsi, ayə 47.
[26]. “Tövbə” surəsi, ayə 67.
[27]. “Tövbə” surəsi, ayə 67; “Əhzab” surəsi, ayə 19; “Münafiqun” surəsi, ayə 7.
[28]. “Bəqərə” surəsi, ayə 14; “Tövbə” surəsi, ayə 79.
[29]. “Ali-İmran” surəsi, ayə 120; “Nisa” surəsi, ayə 72; “Tövbə” surəsi, ayə 50.
[30]. “Ali-İmran” surəsi, ayə 118; “Tövhid və ilahi ədalət” əsərindən, Mərhum Doktor Məhəmmədrza Kaşifi, 6-cı sual, “Qurani-Kərimdə münafiqlər və möminlər” bölümü.