header

 Qurani-Kərimdə münafiqlərin xüsusiyyətləri-2

Ərəb ədəbiyyatında “nifaq” sözü “gizlətmək”, “küfr etmək” və “zahirdə imanlı olmaq” mənasını bildirir.

Ərəb ədəbiyyatında “nifaq” sözü “gizlətmək”, “küfr etmək” və “zahirdə imanlı olmaq” mənasını bildirir. Qurani-Kərimdə də zahirdə İslamı qəbul edib batində küfr etmək münafiqlərin xüsusiyyətlərindən sayılır. (Əqidədə yaranan) bu nifaq əməldə aşağıdakı xüsusiyyətlərə malikdir:

Münafiqlərin siyasi xüsusiyyətləri

1. Dinə etinasız şəxslərlə dostluq etmək;[1]

2. Vilayət məqamından üz çevirmək;[2]

a) Dini hakimiyyəti qəbul etməmək;[3]

b) Vilayət göstərişlərinə əks çıxmaq;[4]

3. Fürsətdən istifadə etmək;[5]

4. Möminləri təhqir etmək;[6]

5. Fitnə-fəsad törətmək;[7]

6. Psixoloji ixtilaf yaratmaq;[8]

7. Günahları yozmaq.[9]

Münafiqlərin psixoloji xüsusiyyətləri

1. Özlərini böyük şəxsiyyət hesab etmək;[10]

2. Qorxu içində olmaq;[11]

3. İztirab və həyəcan keçirmək;[12]

4. İnadkarlıq;[13]

5. Mənəvi süstlük;[14]

6. Nəfsin istəklərinə uymaq.[15]

Münafiqlərin əxlaqi xüsusiyyətləri

1. Özlərini öymək:

a) Yalan danışmaq və riya;[16]

b) Yalandan and içmək;[17]

v) Səhvləri yozmaq;[18]

q) Zahiri xüsusiyyət və görünüşə diqqət;[19]

d) Yalan vədələr vermək;[20]

2. Dini həqiqətləri gözdən salmaq və şübhə yaratmaq.[21]

Qeyd etməliyik ki, əxlaqda ikiüzlülük dini hökmlərdə iltizamlı olmamaqdır. Bu həm insanda, həm də cəmiyyətdə öz təsirini göstərir.[22] İmam Əli (ə) əxlaqda ikiüzlülük barəsində buyurmuşdur: “İnsanın ən aşkar nifaq və ikiüzlülüyü başqasını itaətə əmr edib günahdan çəkindirdiyi halda, özünün itaət etməməsi və günahdan çəkinməməsidir.”[23]

Həzrət Peyğəmbər (s) də buyurmuşdur: “Dörd xüsusiyyətə malik olan şəxs münafiqdir: yalan danışmaq, verdiyi vədə sadiq qalmamaq, əhd-peymanı pozmaq və (başqalarına) qələbə çaldığı zaman günah işlərə əl atmaq.”[24]

Münafiqlərin ictimai xüsusiyyətləri

1. Özlərini imanlı göstərmək və islahat şüarları;[25]

2. İnsanları yaxşı işlərdən yayındırıb çirkin işlərə dəvət etmək;[26]

3. Paxıllıq;[27]

4. Möminlərdə eyib axtarıb onlara lağ etmək;[28]

5. Bədxahlıq – başqasının başına gələn bəla və müsibətə sevinmək;[29]

6. Kin-küdurət.[30]

Maide.az – Maarif bölümü

 



[1]. “Mücadilə” surəsi, ayə 14.

[2]. “Nur” surəsi, ayə 47-48.

[3]. “Nisa” surəsi, ayə 60-61; “Münafiqun” surəsi, ayə 7.

[4]. “Nur” surəsi, ayə 62-63.

[5]. “Nisa” surəsi, ayə 141; “Əhzab” surəsi, ayə 19-20.

[6]. “Hud” surəsi, ayə 27; “Şüəra” surəsi, ayə 111; “Tövbə” surəsi, ayə 79.

[7]. “Tövbə” surəsi, ayə 47-48.

[8]. “Əhzab” surəsi, ayə 13.

[9]. “Nisa” surəsi, ayə 62-63.

[10]. “Münafiqun” surəsi, ayə 5; “Bəqərə” surəsi, ayə 206.

[11]. “Əhzab” surəsi, ayə 8-35.

[12]. “Tövbə” surəsi, ayə 56 və 64.

[13]. “Bəqərə” surəsi, ayə 18; “Əraf” surəsi, ayə 179.

[14]. “Nisa” surəsi, ayə 108 və 142; “Tövbə” surəsi, ayə 54.

[15]. “Mühəmməd” surəsi, ayə 16.

[16]. “Münafiqun” surəsi, ayə 1; “Bəqərə” surəsi, ayə 11-12.

[17]. “Münafiqun” surəsi, ayə 2; “Tövbə” surəsi, ayə 56.

[18]. “Tövbə” surəsi, ayə 42.

[19]. “Münafiqun” surəsi, ayə 2; “Bəqərə” surəsi, ayə 204.

[20]. “Tövbə” surəsi, ayə 75-77.

[21]. “Əhzab” surəsi, ayə 12; “Ali-İmran” surəsi, ayə 154.

[22]. “Biharul-ənvar”, 72-ci cild, səh.108.

[23]. “Qürərül-hikəm”, hədis 3214.

[24]. “Xisal”, Şeyx Səduq, səh.254. Nifaq və onun xüsusiyyətləri barəsində bax: “Mənşuri-cavid”, Cəfər Sübhani, 4-cü cild, səh. 9-178; “Əl-mizan”, 2-ci cild, səh. 96-97, 9-cu cild, səh.325, 5-ci cild, səh.116-118, 19-cu cild, səh.278.

[25]. “Nur” surəsi, ayə 47.

[26]. “Tövbə” surəsi, ayə 67.

[27]. “Tövbə” surəsi, ayə 67; “Əhzab” surəsi, ayə 19; “Münafiqun” surəsi, ayə 7.

[28]. “Bəqərə” surəsi, ayə 14; “Tövbə” surəsi, ayə 79.

[29]. “Ali-İmran” surəsi, ayə 120; “Nisa” surəsi, ayə 72; “Tövbə” surəsi, ayə 50.

[30]. “Ali-İmran” surəsi, ayə 118; “Tövhid və ilahi ədalət” əsərindən, Mərhum Doktor Məhəmmədrza Kaşifi, 6-cı sual, “Qurani-Kərimdə münafiqlər və möminlər” bölümü.

Ərəb ədəbiyyatında “nifaq” sözü “gizlətmək”, “küfr etmək” və “zahirdə imanlı olmaq” mənasını bildirir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-12-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap