header

 Zərif: “Səudiyyə rejimi ilə danışmağa hazırıq”

İranın prezidenti Həsən Ruhaninin İraqa səfərini koordinasiya etmək üçün Bağdada səfər edən xarici işlər naziri Məhəmməd Cavad Zərif, qonşularla danışmağa həmişə hazır olduqlarını, ancaq Səudiyyə rejiminin danışmağa, müzakirə etməyə maraq göstərmədiyini bildirib.

Tashaio.com İRNA-ya istinadən xəbər verir ki, M.C.Zərif İraqın Fərat xəbər agentliyinə verdiyi müsahibəsində belə deyib: “5 il əvvəl səudiyyəli rəsmilərə təkcə iki tərəfli məsələlərdə yox, regional sahədə də birlikdə işləməyə hazır olduğumuza dair bir neçə mesaj göndərdik. Səudiyyə rejiminin rəsmiləri bu mesajlara, “Bölgənin sizinlə əlaqəsi yoxdur”, - deyə cavab verdilər. İndi isə bölgənin bizimlə əlaqəsinin olub olmadığı həqiqətən ortadadır”.

“Səudiyyəlilərlə dialoq məsələsində heç bir problemimiz yox idi, ancaq onlar dialoqu rədd edir”, - deyən M.C.Zərif, sözlərini belə davam etdirib: “Hətta kral Abdullanın ölümündən sonra belə, onun dəfn mərasimi üçün Səudiyyə rejiminə getdim, ancaq Səudiyyə rejiminin rəsmiləri bu fürsətdən istifadə etmədilər, çünki zahirən siyasətləri bu fürsətdən istifadə etmək deyildi. Onlar hazır olanda İranı meydanda görərlər”.

Prezident Ruhaninin İraq səfərinə də toxunan M.C.Zərif, Ruhaninin vəzifəyə gəldiyi 2013-cü ildən etibarən ilk dəfə İraqa səfər edəcəyini və bu səfəri İraq-İran münasibətləri üçün yeni bir başlanğıc nöqtəsi kimi gördüklərini vurğulayıb.

İranın prezidenti Həsən Ruhaninin İraqa səfərini koordinasiya etmək üçün Bağdada səfər edən xarici işlər naziri Məhəmməd Cavad Zərif, qonşularla danışmağa həmişə hazır olduqlarını, ancaq Səudiyyə rejiminin danışmağa, müzakirə etməyə maraq göstərmədiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-11-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap