header

 Ayətullah Xamenei: Rəcəb ayının duaları mərifət ümmanıdır

bu ayın dualarını qənimət bilmək lazımdır...

Rəcəb ayı ilahi rəhmət və bərəkət ayıdır. Böyük İslam Peyğəmbərindən belə nəql olunur:
 
اللّهمّ بارك لنا فى رجب و شعبان
 
“Allah-Taala, rəcəb və şəban aylarında bizə xeyir-bərəkət nazil et!” (“Məfatihul-cinan”, rəcəb ayının əvvəlinə aid olan əməllər)
 
Rəcəb və şəban ayları möminləri ilahi ziyafət ayına – mübarək Ramazan ayına doğru aparan keçiddir. Artıq rəcəb ayı yaxınlaşmaqdadır və mərifət ümmanı olan bu ayın dualarını qənimət bilmək lazımdır. Rəcəb ayının olduqca dəyərli və qənimət sayıla biləcək günləri, zikr, dua və Allah-Taalaya diqqət yönəltmək vaxtıdır. Rəcəb ayının duaları mərifət ümmanıdır. Dua yalnız insanın öz qəlbini Allaha yaxınlaşdırmasından ibarət deyil. Əlbəttə, duada bu da var; duada öyrənmək və mənimsəmək də var; duada həm təlim, həm də ruhun saflaşdırılması var. Dualar – məsumlardan (ə) nəql olunan təsirli dualar  həm zehni aydınlaşdırır, həm bizə həyatda ehtiyac duyduğumuz müəyyən həqiqət və  bilikləri öyrədir, həm də qəlblərimizin diqqətini Allaha doğru yönəldir. 
Qafil ürək, şeytanın hücumlarına məruz qalır. Şeytan insanın ruhuna hakim olsa dünyada şər və fəsad meydana gələr. Aləmdəki hər cür şər və fəsadla mübarizə etmənin doğru yolu Allahla əlaqə yaratmaq və şeytanın nüfuzundan ruhu toxunulmaz etməkdir. Bəşərin bütün səfalət və çətinliklərinin qaynağı Allahdan uzaq olmağındadır.
Bu səbəbdən İslamda uca Allahla əlaqə yaratmaq üçün xüsusi fürsətlər müəyyən edilmişdir. Bu fürsətlərdən biridə “Rəcəb” ayıdır.
Rəcəb ayının qədrini bilin. Bu ay üçün zikr edilən duaların hamısı dərsdir. Əgər Müsəlman bir insan Rəcəb ayında və daha sonra Şaban ayında uca Allahla olan əlaqəsini möhkəmləndirib və daha yaxın etsə, Ramazan ayına hazırlıqlı girmiş olar. O zaman Ramazan ayı “İlahi ziyafət” olar. İnsan hazır olmalı və daha sonra ziyafətə girməlidir. “Əvvəl təmizlən…”
İnsan, bu təmizliyi Rəcəb və Şaban ayında etməlidir ki Ramazan ayında ilahi süfrənin başında otura bilsin. Və o süfrədən nemət əldə edərək feyizlene bilsin. Əgər Ramazan ayından feyz alsaq, o zaman əməlimiz, əxlaqımızda,ruhumuzun aramlığında irəliləyişlər baş verər. Bizlər bu imtahanları yerinə yetirmədiyimizə görə problemli nəticəsin öz bədənimizdə və cəmiyyətimizdə görmək məcburiyyətində oluruq. 
 
Ali Lider Ayətullah Xamenei 
bu ayın dualarını qənimət bilmək lazımdır...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap