header

 5-ci İmamdan 12 hədis

8 Mart – 1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

1. İmam Baqir (ə) buyurmuşdur:

بِئْسَ الْأَخُ يَرْعاكَ غَنِيّاً و يَقْطَعُكَ فَقيراً

“Varlı ikən səni axtaran, amma yoxsul ikən səninlə əlaqəsini qıran qardaş nə pis qardaşdır.” (“Uyunul-əxbar”, səh. 217.)

2. İmam Baqir (ə) buyurmuşdur:

إنَّ هذَا اللِّسانَ مِفتاحُ كُلِّ خَيرٍ وَشَرٍّ فَيَنبَغى لِلمُؤمِنِ أَن يَختِمَ عَلى لِسانِهِ كَما يَختِمُ عَلى ذَهَبِهِ وَفِضَّتِهِ؛

“Həqiqətən, bu dil bütün xeyir və şərlərin açarıdır. Nə yaxşı olar ki, mömin şəxs qızıl və gümüşünü möhürlədiyi (qızıl və gümüş kisəsinin ağzını bağladığı) kimi, öz dilini də möhürləsin!” (“Tuhəful-uqul”, səh.298.)

3. İmam Baqir (ə) Mədinə yoxsullarına həmişə kömək edər, onlara sədəqə verərdi. Onun verdiyi sədəqələr hesablandıqda, səkkiz min dinara çatdı. (“Şərhu şafiyəti Əbi Fəras”, 2-ci cild, səh.176.) O həzrət (ə) hər cümə günü Mədinə yoxsullarına bir dinar sədəqə verib buyurardı:

الصَّدَقَةُ يَوْمَ الْجُمُعَةِ تُضاعِفُ الْفَضْلَ عَلى غَيْرِه مِنَ الْأَيّام

“Cümə günü sədəqə verməyin fəziləti başqa günlərdə verilən sədəqənin fəzilətindən çoxdur.” (“Əyanuş-şiə”, 4-cü cild, səh.471, 1-ci hissə.)

4. İmam Baqir (ə) buyurmuşdur:

ما دَخَلَ قَلْبُ امْرِئٍ شىءٌ مِنَ الْكِبْرِ إلاَّ نَقَصَ مِنْ عَقْلِهِ مِثْلُ ما دَخَلَهُ مِنْ ذلِكَ، قَلَّ ذلِكَ أَوْ كَثُر

“Əgər bir şəxsin qəlbinə təkəbbür daxil olarsa, istər çox olsun, istərsə də az, elə o qədər onun ağlından azalar.” (“Hilyətul-ovliya”, 2-ci cild, səh.180.)

5. İmam Baqir (ə) buyurmuşdur:

أَرْبَعٌ منْ كُنَّ فيهِ بَنَى الله تَعالى لَهُ بَيْتاً في الْجَنَّةِ: مَنْ آوَى الْيَتيمَ، وَ رَحِمَ الضَّعيفَ، وَ أَشَفَقَ عَلى والِدَيهِ، وَ رَفَقَ بِمَمْلوكِه

“Dörd xislətə sahib olan şəxsə Allah-Taala cənnətdə bir ev tikər: 1. Yetimə sığınacaq verən; 2. Zəifə qayğı göstərən; 3. Valideyni ilə mehriban olan; 4. Maliki olduğu şəxslə yaxşı davranan.” (“Əl-xisal”, səh.204.)

6. İmam Baqir (ə) buyurmuşdur:

الْبِرُّ وَ الصَّدَقَةُ يَنْفِيَانِ الْفَقْرَ وَ يَزِيدَانِ فِي الْعُمُرِ وَ يَدْفَعَانِ(عن صاحبهما) تِسْعِينَ مِيتَةَ السَّوْءِ

“Yaxşı iş və sədəqə yoxsulluğu aradan qaldırır, ömrü uzadır və yetmiş pis ölümü (bəlanı) yaxşı iş və sədəqə sahibindən uzaqlaşdırır.” (“Səvabul-əmal”, səh.141.)

7. İmam Baqirin (ə) bir oğlu var idi. O xəstələnmişdi. İmam (ə) ona görə çox nigaran idi. Nəhayət, oğlu vəfat etdi və İmam (ə) rahatlaşdı. Dostları o həzrətə dedilər: “Ey Rəsulullahın (s) övladı, sənə görə çox nigaran idik.” İmam (ə) çox təmkinlə və Allahın təqdirinə razılıqla buyurdu:

إِنّا نَدْعو اللهَ فِيما يحُبُّ، فِإِذا وَقَعَ نَكْرَهُ لَمْ نُخالِفِ اللهَ فيما يُحِبُّ

“Biz Allaha Onun sevdiyi şeylərlə dəvət edirik. Əgər bizim xoşlamadığımız bir iş baş versə, Allah sevdiyi üçün ona əks çıxmarıq” (“Tarixi-Dəməşq”, 57-ci cild, səh.229; “Uyunul-əxbar”,  İbn Qüteybə, 3-cü cild, səh.57.)

8. İmam Baqir (ə) buyurmuşdur:

صِلَةُ الْأَرْحَامِ تُزَكِّي الْأَعْمَالَ وَ تُنْمِي الْأَمْوَالَ وَ تَدْفَعُ الْبَلْوَى وَ تُيَسِّرُ الْحِسَابَ وَ تُنْسِئُ فِي الْأَجَلِ

“Silеyi-rәhm (qohumluq əlaqələri) әmәllәri pаklаyır, mаlı аrtırır, bәlаnı uzаqlаşdırır, hеsаbı (qiyаmәtdә) аsаnlаşdırır vә әcәli tәхirә sаlır.” (“Üsuli-kаfi”, 3-cü cild, sәh.121.)

9. İmam Baqir (ə) buyurmuşdur:

مَنْ حَسُنَتْ نِيَّتُهُ زِيدَ فِي رِزْقِهِ

“Niyyəti yaxşı olanın ruzisi çox olar.” (“Biharul-ənvar”, 75-ci cild, səh.175.)

10. İmam Baqirin (ə) kənizi Səlmi deyir: “İmam (ə) evinə gələn bütün dostlarına pak, ləziz yeməklər verər, gözəl paltarlar geyindirər və onlara pul hədiyyə verərdi. O həzrət həmişə buyurardı: “Dünyada yalnız yaxşılıqlar və (din) qardaşlarla əlaqələri möhkəmlətmək arzu olunmalıdır.” Həmçinin buyurmuşdur:

ما حَسَّنَتِ الدُّنْيا إِلاَّ صِلَةُ الإخْوانِ وَ الْمَعارِف

“Dünyanı gözəlləşdirən yalnız qardaşlara kömək etmək və yaxşılıqlardır.” (“Sifətus-sifvə”, 2-ci cild, səh.63.)

11. İmam Baqir (ə) buyurmuşdur:

مَنْ أَطْعَمَ مُؤْمِنًا جَائِعًا أَطْعَمَهُ اللَّهُ مِنْ ثِمَارِ الْجَنَّةِ

 “Hər kim bir mömini yedirsə, Allah-Taala ona cənnət meyvələri yedirər.” (“Məhasini-Bərqi”, səh.393, hədis 4.)

12. İmam Baqir (ə) buyurmuşdur:

بِئْسَ الْعَبْدُ عِبْدٌ يَكُونُ ذا وَجْهَيْنِ، وَ ذا لِسانَيْنِ يُطْري أَخاهُ شاهِداً، وَ يَأْكُلُهُ غائِباً، إِنْ اُعْطِىَ حَسَدَهُ، وَ إِنْ ابْتُلِىَ خَذَلَهُ

“Ən pis bəndə ikiüzlü və ikidilli bəndədir; müsəlman qardaşını üzdə tərifləyir, arxada isə qeybətini qıraraq ətini yeyir, müsəlman qardaşının malı artdıqda, paxıllıq edir və yoxsul olduqda, onu alçaldır.” (“Əmali”, Şeyx Səduq”, səh.30.)

Maide.az – Maarif bölümü

8 Mart – 1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap