Gündəlik hökmlər: Riba borcu
Posted on :
Əqidələr
03/07/2019
Tashaio.com "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin Riba borcu haqqında suala cavabını təqdim edir:
Sual: Anam bir nəfərə borc vermək istəyir. Həmin şəxs deyib ki, hər ay qazancının müəyyən faizini anama verəcək və bunu öz razılığı ilə edəcək. Bu iş riba sayılırmı və şəri baxımdan problemi varmı?
Cavab: Faiz şərti ilə borc vermək riba və haramdır. Lakin borcu verərkən faiz almağı şərt eləməsə və borc vermək faizə bağlı olmasa, borc alan da öz razılığı ilə müəyyən məbləği əlavə ödəyərsə, eybi yoxdur. Habelə, faiz almaq müzaribə və müşarikət kimi şəri müqavilələrdən birinin əsasında olarsa, bunun da problemi yoxdur.