header

 Əhli-sünnə imam cüməsi: Qarabağın Ermənistana aid olması ilə bağlı qaldırılan plakat utancvericidir

Bicar şəhərinin əhli-sünnə imam cüməsi və Əhli-Təriqət Alimləri Şurasının baş katibi Mamusta Əbdüssəlam bəyanat yayaraq, Ermənistan ərazisi ilə bağlı plakat nümayiş etdirilməsini utancverici adlandırıb.

Tashaio.com – Əhli-sünnə imam cüməsinin bəyanatında deyilir:

Azərbaycanın, xüsusilə Qarabağın məzlum xalqı illərdir ki, əzab-əziyyət çəkir, məcburi köçkün həyatı və müxtəlif növ ictimai çətinlik yaşayır. İslam ölkələri, əsasən də qonşu müsəlman ölkələr onlara dəstək olmaqda önəmli rol ifa etməlidirlər.

Xocalı soyqırımı günlərində Ermənistan baş nazirinin İrana səfər etməsi, Tehranda Ararat idman salonunda iştirakı və Qarbağın Ermənistan torpağı olmasına aid plakat qaldırılması təəssüf və xəcalətə səbəb olmuşdur. Qarabağ müsəlmanları İslam və dini təlimlərə xatir təzyiq altındadır, müsəlman olduqlarına görə bu müharibəyə düçar olublar və problemlərlə üzləşiblər. Bu müharibə din müharibəsidir.

Ermənistanın amerikasayağı sistemi Amerika, sionist rejimi və onların silahlarının köməyi ilə İslamın bu ərazisində soyqırım və qarətlər törədiblər.

Amerika və onun əlaltısı olan dövlətin vasitəsilə Qarabağın islami kimliyinin dəyişdirilməsi pislənilir və Ali Məqamlı Rəhbənin bəyanatına uyğun olaraq Qarabağ İslam torpağıdır və müsəlmanlara aiddir.

İranın diplomatik aparatının Qarabağ müsəlmanları və şiələrinə qarşı zülmə göz yumması qəbuledilməzdir, bu növ zülm və təcavüz beynəlxalq səviyyədə və diplomatik şəkildə pislənilməlidir.

Bicar şəhərinin əhli-sünnə imam cüməsi və Əhli-Təriqət Alimləri Şurasının baş katibi Mamusta Əbdüssəlam bəyanat yayaraq, Ermənistan ərazisi ilə bağlı plakat nümayiş etdirilməsini utancverici adlandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-06-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap