header

 Sionist ravvinlər Əqsa məscidində sinaqoq tikməyə çağırış ediblər

İsraildə bir qrup radikal yəhudi aktivist əl-Əqsa məscid kompleksinin daxilində yəhudilər üçün sinaqoq tikilməsinə dair çağırış səsləndiriblər.

İsraildə bir qrup radikal yəhudi aktivist əl-Əqsa məscid kompleksinin daxilində yəhudilər üçün sinaqoq tikilməsinə dair çağırış səsləndiriblər.
 
Tashaio.com "Felestin.info"a istinadla  xəbər verir ki,  Hərəmi-şərifdə (yəhudilər Məbəd dağı adlandırır - red.) yəhudilərin hüquqları ilə məşğul olan təşkilatların mətbuat katibi Asəf Fredin sözlərinə görə, iudaizm dini cərəyanlarını təmsil edən 50 dini lider ötən bazar günü bir araya gəliblər.
 
Hakim "Likud" partiyasının təmsilçisi Ravvin Yəhuda Qlik, "Otzma Yehudit" partiyasından Barux Martsel və digər yəhudi ravvinlərinin toplaşdığı iclasda Hərəmi-şərifdəki vəziyyət müzakirə olunub.
 
Toplantında Əqsa məscidinin ərazisində yəhudilər üçün sinaqoqun inşası məsələsi müzakirə olunub və hökumətdən bu məsələ ilə bağlı qəti addım atmaq tələb edilib.
 
Ravvinlər İsrail rejimi tərəfindən 16 il boyunca bağlı saxlanılmış və ötən ay qüdslü müsəlmanlar tərəfindən yenidən açılmış Bab əl-Rəhmət namazxanası barədə də danışıblar.
 
Buranın yenidən namazxana kimi istifadə olunmasına etiraz edən yəhudi liderlər tezliklə Əqsa məscidinə və Hərmi-şərifə etiraz yürüşü təşkil edəcəklərini bəyan ediblər.
 
Asəf Fred bildirib ki, martın 14-də yüzlərlə yəhudi Hərəmi-şərifə və Bab əl-Rəhmət qapılarına tərəf yürüş təşkil edəcəklər. O, həmçinin diqqətə çatdırıb ki, İsraildə seçkilərin yaxınlaşdığı ərəfədə Əqsada sinaqoq tikmək təklifini hökumət bu dəfə ciddiyə ala bilər.
 
İsraildə bir qrup radikal yəhudi aktivist əl-Əqsa məscid kompleksinin daxilində yəhudilər üçün sinaqoq tikilməsinə dair çağırış səsləndiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-06-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap