header

 Zərif: “İran artıq Avropanı gözləməyəcək”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) İranın Hərtərəfli Birgə Fəaliyyət Planına (JCPOA) sadiq olduğunu dəfələrlə təsdiq etdiyini bildirərək, İranın səbrinin tükəndiyi barədə xəbərdarlıq edib.

Tashaio.com Parstoday-a istinadən xəbər verir ki, M.C.Zərif Twitter-dən verdiyi açıqlamasında belə qeyd edib: “Netanyahu, Tramp və tərəfdaşlarının İranla bağlı bitməz-tükənməz iddialarına baxmayaraq, MAQATE bir daha İranın Amerikanın çeynədiyi müqaviləyə sadiq olduğunu təsdiqlədi. Buna baxmayaraq, səbrimiz tükənmək üzrədir və artıq nüvə müqaviləsi məsələsində İran Avropanı gözləməyəcək”.

M.C.Zərif Xalqın Münafiqləri adlı terror təşkilatının liderinin Fransa Parlamentinin Komissiyalarından birində iştirak etməsinə işarə edərək, İranın həmişə avropalılar və fransızlara terrorçuların bu ölkədəki mövcudluqları barədə etiraz etdiyini deyib.

İranın xarici işlər naziri xeyli sayda terrorçunun ABŞ rəsmilərinə pul verdiklərini və şəxsən ABŞ milli təhlükəsizlik müşaviri Con Boltonun da bu həqiqəti etiraf etdiyini bildirib.

M.C.Zərif Hollandiyanın İran səfirini geri çağırması və İran diplomatlarının qanunsuz şəkildə Hollandiyadan deportasiya edilməsinə etiraz olaraq, İranın da Hollandiyanın iki diplomatını deportasiya etdiyini və İranın Hollandiya səfirini geri çağırdığını deyib.

Venesuela məsələsinə də toxunan M.C.Zərif, ABŞ-ın həmişə bu ölkənin daxili işlərinə müdaxilə etdiyini bildirərək, İranın bu kimi cəhdlərin əleyhinə olduğunu və reaksiya verdiyini qeyd edib. “İran Rusiya ilə bu məsələdə də fikir mübadiləsi aparır”, - deyə M.C.Zərif bildirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) İranın Hərtərəfli Birgə Fəaliyyət Planına (JCPOA) sadiq olduğunu dəfələrlə təsdiq etdiyini bildirərək, İranın səbrinin tükəndiyi barədə xəbərdarlıq edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-05-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap