header

 İranda təhsil alan azərbaycanlı tələbələr bəyanat yayıblar

İranın Beynəlxalq Al Mustafa Universitetində təhsil alan azərbaycanlı tələbələr Ermənistan rejiminin baş nazirinin səfəri ilə yaranmış narahatçılıq və səfər çərçivəsində baş verən digər hadisələrlə bağlı İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edib.

İranın Beynəlxalq Al Mustafa Universitetində təhsil alan azərbaycanlı tələbələr Ermənistan rejiminin baş nazirinin səfəri ilə yaranmış narahatçılıq və səfər çərçivəsində baş verən digər hadisələrlə bağlı İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edib.

“Bildiyiniz kimi iki müsəlman ölkəsi olan İran və Azərbaycan arasında olan əlaqələr daim islam və müsəlmanların hədəfi altında olmuşdur. Düşmən daim iki qonşu ölkə arasında olan bu səmimi və sarsılmaz əlaqələri pozmağa çalışmışdır.

Təəssüflər olsun ki, Ermənistan baş nazirinin bir neçə gün öncə İslam Respublikasına etdiyi səfər də öz növbəsində bu barədə düşmənə yeni bəhanələr vermişdir. Bu səfər Azərbaycan Respublikasının ictimai – siyasi arenasının bugünlərdə ciddi şəkildə qarışmasına səbəb olmuşdur. Bunun səbəblərini xülasə olaraq qeyd edir və bu məktuba lazımi diqqətin ayrılacağına ümid edirik:

1.Cinayətkar Ermənistanın baş nazirinin İrana olan səfəri “Xocalı” faciəsinin ildönümü ərəfəsinə tuş gəldi. Xocalı qətliamı 26.02.1992-ci tarixində məzlum və müsəlman Azərbaycan xalqı əleyhinə ermənilər tərəfindən törədilmiş acı bir hadisədir. Hadisə nəticəsində 613 şəhid, 487 yaralı və 1275 əsir qeydə alınmışdır. Bu rejimin baş nazirinin 27 fevral tarixində, yəni bu hadisənin ildönümündən bir gün sonra qardaş ölkə olan İrana səfəri, Azərbaycanda fitnənin baş verməsinə və xalqın, xüsusən dindarların narahatçılığına səbəb olmuşdur.

2.Baş nazirin bu səfər çərçivəsində qatıldığı mərasimlərdə etdiyi çıxışlar, İran İslam Respublikasının Qarabağla bağlı olan mövqelərinə tamamilə ziddir. Biz bilirik ki, İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmi olaraq tanıyır. Təəssüflər olsun ki, baş nazirin bu çıxışları Ali Dini Lider ilə görüşdən və Qarabağ məsələsinin sülh yolu və ikitərəfli danışıqlar əsasında həlli barədə tövsiyələrindən sonra etməsi, bu məsələnin arxasında gizli əllərin olmasından xəbər verir.

3.Lakin qeyd olunan iki səbəbin heç biri sonda qeyd edəcəyimiz səbəb qədər Azərbaycan xalqının narahatçılığına səbəb olmamışdır. Baş nazirin keçirdiyi görüşlərdən birində (Tehranda yaşayan ermənilərlə paytaxtın “Ararat” stadionundakı görüş) “Qarabağ Ermənistanındır və son” şüarı ilə asılan banner, qeyrətli və şərəfli Azərbaycan xalqının narahatçılığına və qəzəbinə səbəb olan əsas və köklü amildir.

Biz Beynəlxalq Al Mustafa Universitetində təhsil alan azərbaycanlı tələbələr olaraq bilirik və inanırıq ki, bu bannerdə iddia olunan məsələ İran İslam Respublikasının mövqelərinin ziddinədir. Bundan əlavə, bu şüar Ali Dinin Liderin “Qarabağ islam torpağıdır və bu yolda ölənlər şəhid hesab olunurlar” mövqeyi ilə tamamilə ziddiyyət daşıyır.

Biz Azərbaycan xalqının İranda olan mənəvi nümayəndələri olaraq sizdən, Azərbaycan Respublikası ilə əlaqələrinizlə bağlı mövqe və addımlarınıza daha diqqətlə yanaşmağınızı və bu əlaqələri təhdid edən fəaliyyətlərdən çəkinməyinizi rica edirik.

İkinci istəyimiz budur ki, İran İslam Respublikasının rəsmiləri xüsusi olaraq bu mövzu və atılan kinli addımlar barədə, ümumi olaraq isə İran İslam Respublikasının Azərbaycan və Ermənistanla əlaqələri barədə açıq və şəffaf mövqelərini bildirsinlər və bununla da Azərbaycan xalqının və dindarlarını bu çaşqınlıqdan çıxarsınlar.

İki qonşu və müsəlman ölkələrinin əlaqələrinin daha da güclənməsi, baş qaldıran bu fitnələrin tezliklə sizin və bizim əlimizlə həlli və düşmənin bu barədə olan hiylələrinə qalib gəlmək ümidi ilə.”

İranın Beynəlxalq Al Mustafa Universitetində təhsil alan azərbaycanlı tələbələr Ermənistan rejiminin baş nazirinin səfəri ilə yaranmış narahatçılıq və səfər çərçivəsində baş verən digər hadisələrlə bağlı İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-04-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap