header

 İran səfirliyindən Paşinyanın Tehran qalmaqalı haqda AÇIQLAMA: “Bunu pisləyirik!”

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda yaşayan bir qrup erməninin “Ararat” klubunda keçirdiyi görüş barədə açıqlama yayıb.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda yaşayan bir qrup erməninin “Ararat” klubunda keçirdiyi görüş barədə açıqlama yayıb.

 

Səfirlikdən Modern.az-a verilən açıqlamada deyilir:

 

“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi bəyan edir ki, İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin “Ararat” klubunda baş tutmuş özəl görüşünə heç bir müdaxilə etməyib, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları, İran XİN-in hörmətli sözçüsünün də dediyi kimi, özbaşına atılmış və qəbuledilməz bir addım kimi qiymətləndirir və bunu pisləyir.

 

Vurğulamaq istərdik ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olub, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib və bu siyasətini dəyişməyəcək. Həmçinin düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaqdır.

 

İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz”.

 

Xatırladaq ki, bir neçə gün öncə İranda rəsmi səfərdə olmuş Ermənistan baş naziri Nikol Paşinyan Tehranın “Ararat” klubunda erməni icması ilə görüşüb və orada ermənicə “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakat qaldırılıb. Paşinyanı bu hadisədən selfi çəkərək sosial şəbəkələrdə paylaşıb.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda yaşayan bir qrup erməninin “Ararat” klubunda keçirdiyi görüş barədə açıqlama yayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-04-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap