header

 Ərdəbilin imam cüməsi: İnşallah, tezliklə Qarabağda cümə namazı qılacağıq

 Ayətullah Seyid Həsən Amili : Qarabağ Azərbaycana aiddir və İranın yüksək səviyyəli rəsmiləri tərəfindən dəfələrlə təkid olunub

Ərdəbilin imam cüməsi: İnşallah, tezliklə Qarabağda cümə namazı qılacağıq

Ayətullah Seyid Həsən Amili Ərdəbilin cümə namazı xütbələrində Qarabağın Azərbaycana aid olduğunu vurğulayıb və İranın yüksək səviyyəli rəsmiləri tərəfindən dəfələrlə bu mövzuya təkid olunduğunu bildirib.Ərdəbilin imam cüməsi deyib: “Hər iranlı və İranda yaşayan hər bir azəri bilir ki, Qarabağ və Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib.”


İmam cümə ötən bir neçə onillikdə İranın Azərbaycana dəstəyinin müstəsna olduğunu, bu dəstəklərin hərbi və maddi sahələrdə davam etdiyini deyib, Azərbaycan əhalisinin Naxçıvanla əlaqəsinin İran vasitəsilə olmasını bu dəstəklərin bir hissəsi adlandırıb.

Seyid Həsən Amili İranın Azərbaycan xalqına dəstək verməyə təkid etməsinə də toxunaraq deyib: “Hətta, Azərbaycan Respublikasının Lənkəran şəhərindən sionist rejim PUA-sı bizim nüvə məntəqələrimizdə casusluq etmək üçün hərəkətə keçsə də, yenə biz Azərbaycan xalqına dəstək verməkdən əl götürməyəcəyik.”

Ərdəbil imam cüməsi daha sonra deyib: “Xocalı soyqırımının ildönümü günlərində Azərbaycan xalqına dəstək vermək və Ermənistanın Xocalıda törətdiyi cinayəti pisləmək məqsədilə Tehranın mərkəzində rəsm sərgisi təşkil edildi. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə insan bu sərgini seyr etdi.”

Xətib bu il və ötən illərdə İranın Tehran, Zəncan, Ərdəbil, Təbriz və digər şəhərlərində Qarabağa dəstək istiqamətində keçirilən toplantılara da işarə edərək deyib: “Bu bizim əsas siyasətimizdir. Əgər bu siyasətlər dəyişsə, əmin olun ki, biz yenə də siz etirazçıların yanında olacağıq.”

Seyid Həsən Amili vurğulayıb: “Tezliklə Qarabağda cümə namazı qılacağıq və Qarabağı işğalçılardan təmizləməklə, azadlıq bayramı keçirəcəyik.”

 

Ərdəbilin imam cüməsi: İnşallah, tezliklə Qarabağda cümə namazı qılacağıq
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-12-1397
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap