header

 İran Konstitusiyasına əsasən, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

İran Konstitusiyasına əsasən, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Qarabağ əhalisinin taleyini təyin etmək haqqı hər hansı mümkün formada onun tabe olduğu (Azərbaycan Respublikası) hakimiyyət və ərazi bütövlüyü daxilində gerçəkləşməlidir.

Qarabağ münaqişəsi hüquqi aspektdən ümumi və humanitar beynəlxalq hüquq qanunları, daxili və beynəlxalq münaqişələrə hakim hüquq prosesi müddəlarına diqqət etməklə zorla qəbul etdirilmiş bir münaqişədir. Bu konfliktdə Ermənistan Azərbaycanın suverenliyini pozmuş və ərazi bütövlüyünə təcavüz etmişdir, Azərbaycan Respublikası ərazisi və vətəndaşlarının canına təcavüzlə yanaşı, bu ölkədə beynəlxalq cinayətlərə də mürtəkib olmuşdur. Bu beynəlxalq cinayətlərin ən çox tanınmışı ermənilərin Xocalı və Kəlbəcərdə soyqırım həyata keçirməsidir. Beynəlxalq hüquq mütəxəssislərinin nəzərinə görə, beynəlxalq sənədlərdə qeyd olunmuş “taleyin təyin edilməsi haqqı” o xalqlara şamil olur ki, öz siyasət, iqtisadiyyat və mədəniyyətini bir mövcud ölkənin tərkibində izləsinlər və bu, başqalarının hökmranlığından azad olmaq və bir növ müstəqillik mənasınadır. Lakin bəzi vaxtlar öz xeyrini güdən və təcavüzkar qruplar bu tərifdən separatçı çıxarışlar edirlər. Taleyi təyin etmək haqqı adətən, mövcud ölkələrin ərazi bütövlüyünə hörmətlə təzadlı olması kimi qələmə verildiyindən, nəzərə almaq lazımdır ki, bu haqq, separatçılıq haqqı kimi anlaşılmamalıdır. İran İslam Respublikası Konstitusiyasının 56-cı maddəsi insanı öz taleyinə hakim elan edir və bu haqqın şəxsdən alınmaz olduğunu bildirir. Habelə, 8-ci maddənin 3-cü bölməsində xalqın öz siyasi, iqtisadi, ictimai və mədəni taleyini təyin etməkdə iştirakı əsas prinsip kimi göstərilmişdir. 6-cı maddə isə ölkənin işlərinin idarəsini xalqın rəyinə əsasən mümkün bilmişdir. Amma Konstitusiyanın 9-cu maddəsinə əsasən, xalqın bu barədə qanuni azadlıqlarının həddi tərif olunur və bildirilir ki, bu haqq ölkənin suverenliyi, milli birliyi və ərazi bütövlüyünə zərər yetirməməlidir. Qeyd olunan maddələrə diqqət etməklə, Qarabağın erməni sakinlərinin “xalqların öz taleyini təyin etmək haqqı”na istinad edərək Qarabağın müstəqil bir ölkədən (Azərbaycan Respublikası) ayrılmağa təkid etməsi və ölkələrin ərazi bütövlüyünə hörmətlə bağlı hüquq prinsiplərini pozmaqdır. Qarabağ və Ermənistanda yaşayan erməni əhali xalqların öz taleyini təyinetmə haqqını öz istədikləri kimi izah edərək Azərbaycan ərazi bütövlüyünü poza və Qarabağı işğal edə bilməzlər. Digər tərəfdən də Azərbaycan ölkəsi bu ayrılığa razı deyil, ardıcıl və daim bu məsələyə öz etirazını elan edir. Bundan əlavə, beynəlxalq aləmdə heç bir ölkə Qarabağı müstəqil bir ölkə kimi tanımamışdır. Hətta Ermənistanın özü Qarabağın siyasi, iqtisadi və hərbi zəruri ehtiyaclarını təmin etməsinə baxmayaraq, onu müstəqil ölkə kimi tanımır.İranın Azərbaycanın mövqeini dəstəkləməsi, Ermənistanı təcavüzkar və Azərbaycanın ərazisini işğal etmiş ölkə kimi tanıması göstərir ki, İran Konstitusiya qanunlarına diqqət etməklə ölkələrin ərazi bütövlüyü prinsipinə heç bir zərər gətirməyən layihələrin tərəfdarıdır.Həmçinin, İranın Qarabağ münaqişəsində vasitəçilik prosesinə daxil olmasının əsas səbəblərindən biri də Konstitusiyanın 152-ci maddəsinin 16-cı bəndi, 3, 11 və 154-cü maddələrdə göstərilən insani və islami missiya əsasında Azərbaycan müsəlmanlarının

İran Konstitusiyasına əsasən, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Qarabağ əhalisinin taleyini təyin etmək haqqı hər hansı mümkün formada onun tabe olduğu (Azərbaycan Respublikası) hakimiyyət və ərazi bütövlüyü daxilində gerçəkləşməlidir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-03-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap