header

 Mənsur Həqiqətpur Qarabağa görə XİN-ə məktub yazıb

İslami Şura Məclisi sədrinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mənsur Həqiqətpur Ermənistan baş nazirinin İrana səfəri, Qarabağla bağlı bir sıra xoşagəlməz və təhrikedici addımlarının ardınca İran Xarici İşlər Nazirliyinə açıq məktub yazıb.

Məktubda deyilir:

Xarici İşlər Nazirliyindəki əziz dostlar

Bilirik ki, qonşu ölkələrlə münasibətləri genişləndirmək İran İslam Respublikasının öndə dayanan məsələlərindəndir və bu istiqamətdə təlaş edin, təlaşlarınız təqdirəlayiqdir.

Bu işdə bir ölkə ilə əməkdaşlığı genişləndirmək həmin sahədə bir sıra məsələlərə riayət etməklə yanaşı olmalıdır. Bəzən iki qonşu ölkə arasında qara münasibətlər mövcuddur. Ağıl hökm edir ki, biz münasibətlərimizi genişləndirdikdə xalqın rəyini də nəzərə alaq. Məsələn ermənilərin Qarabağı işğal etməsinə görə, Ermənistan və Azərbaycan ölkələri arasında qara münasibətlər mövcuddur. Digər tərəfdən də ağlın hökmünə əsasən, hər iki ölkə ilə milli maraqlar üzərində münasibətlərimizi genişləndirməliyik. Belə nəzər gəlir ki, Xarici İşlər Nazirliyində çalışan mütəxəssislər və əlhəmdulillah, siyasəti bacaranlar, bir qədər səliqəli olmalıdır. Əgər Amerikanın seçdiyi bir baş nazir (Paşinyan) İrana səfər edəcəksə, bu səfər nə üçün Xocalının məzlum əhalisinin qətliamı ildönümü günündə baş tutmalıdır? Halbuki, qətliamın ildönümü günü Azərbaycan Respublikası xalqı qara geyinmişdir və matəm içindədir. İl uzunu onun İrana səfəri üçün digər münasib bir gün yox idimi?!

Əlbəttə, vaqifik ki, ötən illərdə erməni lobbisi İran Xarici İşlər Nazirliyində çoxlu təxribatlar törətmişdi. Ermənilərin Xocalının məzlum əhalisinin qətliam etdiyi gün biz Ermənistanın amerikalı baş naziri üçün soyuq pepsi açmamalıyıq ki, o da Ararat idman salonunda ermənilərin qarşısında Qarabağın haqsız olaraq işğalını Ermənistanın haqqı adlandırmağa cürət etməsin və deməsin: Qarabağ Ermənistanın ərazisidir. Əlbəttə, bu yersiz iddiadır və sözsüz, Qarabağ İslam və Azərbaycanın torpağıdır və Azərbaycan müsəlmanlarının əli ilə azad olacaq.

 

İslami Şura Məclisi sədrinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mənsur Həqiqətpur Ermənistan baş nazirinin İrana səfəri, Qarabağla bağlı bir sıra xoşagəlməz və təhrikedici addımlarının ardınca İran Xarici İşlər Nazirliyinə açıq məktub yazıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-03-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap