İƏT-ə üzv ölkələrin XİN rəhbərləri Ermənistanın Azərbaycana qarşı təcavüzünü müzakirə edəcək
Posted on : Ölkə 02/27/2019
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrinin XİN rəhbərlərinin görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü müzakirə olunacaq.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrinin XİN rəhbərlərinin görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü müzakirə olunacaq.
Tashaio.com bildirir ki, bu barədə Trend-ə İƏT-dən bildiriblər.
Qeyd olunub ki, bununla yanaşı Suriya böhranı, Yəmən və Əfqanıstandakı vəziyyət gündəlikdə yer alacaq.
İƏT-ə üzv ölkələr arasında iqtisadi və siyasi münasibətlərin möhkəmlənməsi məsələləri də müzakirə olunacaq.
Qeyd edək ki, İƏT XİN rəhbərlərinin görüşü martın 1-2-də Əbu-Dabidə keçiriləcək.