header

 H.Ruhani: “Tehran-Dəməşq münasibətləri qardaşlıq və birlik üzərindədir”

İranın prezidenti Həsən Ruhani İranın əvvəllər olduğu kimi, Suriya dövləti və millətinin yanında olacağını bildirərək, Tehran-Dəməşq münasibətlərinin qardaşlıq və birlik üzərində olduğunu deyib.

İranın prezidenti Həsən Ruhani İranın əvvəllər olduğu kimi, Suriya dövləti və millətinin yanında olacağını bildirərək, Tehran-Dəməşq münasibətlərinin qardaşlıq və birlik üzərində olduğunu deyib.

 

Tashaio.com İRNA-ya istinadən xəbər verir ki, Ruhani Tehrana səfərə gələn Suriyanın prezidenti Bəşər Əsədlə keçirdiyi görüşdə, Suriya dövləti, milləti və ordusunun terrorçular qarşısında əldə etdiyi qələbələrin çox dəyərli və mühüm olduğunu bildirərək, belə danışıb: “Suriyada terrorizmə qarşı mübarizədə İran həmişə Suriya dövləti və millətinin yanında dayandı və heç bir köməyi əsirgəmədi”.

 

Ruhani İranın Suriyanın yenidənqurulmasında iştirak etməyə hazır olduğunu bildirərək, Tehranın evlərini tərk edənlərin qayıtması, sabitliyin təmin olunması və daxili siyasət prosesində də Dəməşqin yanında olacağını qeyd edib.

 

Ruhani dərin dini və mədəni əlaqələrin Suriya və İranı bir birinə bağlayan vacib amillər olduğunu vurğulayıb. Regionda çoxlu təhlükəsizlik əməkdaşlıqlarla regiondakı təhlükəsizlik məsələsində yaxşılaşmanın olduğunu qeyd edən Ruhani, belə davam edib: “Soçi iclasında İran, Rusiya və Suriya liderləri Suriyanın ərazi bütövlüyünə vurğu etdi və Suriya dövlətinin icazəsi olmadan xarici qüvvələr və amerikalıların həmin ölkədəki mövcudluğunu qınadılar”.

 

 

Suriyanın prezidenti Bəşər Əsəd də görüşdə Suriya dövləti və millətinin İslam inqilabı, İran dövləti və millətinin terrorçularla mübarizə və Suriya ilə regiondakı sabitliyin təmin olunmasında qardaş kimi dəstək vermələrini təqdir etdiklərini qeyd edərək, bu səfərinin təşəkkürünü çatdırmaq üçün etdiyini bildirib.

 

Suriyada bu gün keçmişə nisbətən daha çox sabitlik və təhlükəsizliyin hakim olduğunu qeyd edən Əsəd, İranın Astana və Soçidə Suriya ilə bağlı mövqeyini dəstəklədiklərini söyləyin.

 

İran və Suriyanın XİN-ləri və xüsusi nümayəndələri vasitəsi ilə regional səviyyədə və BMT yanında yaxın əməkdaşlığa malik olduqlarını qeyd edən Əsəd, belə davam edib: “Suriyada siyasi prosesdə ölkənin ərazi bütövlüyü və müstəqilliyinin yanında təkcə Suriya xalqının iradəsi qərar verməlidir”.

İranın prezidenti Həsən Ruhani İranın əvvəllər olduğu kimi, Suriya dövləti və millətinin yanında olacağını bildirərək, Tehran-Dəməşq münasibətlərinin qardaşlıq və birlik üzərində olduğunu deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-26-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap