header

 ‘Suriya üçün yeni çirkli planlar hazırlayırlar’ - Ayətullah Xameneidən Bəşər Əsədə xəbərdarlıq

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Tehranda səfərdə olan Suriya prezidenti Bəşər Əsədi qəbul edib.

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Tehranda səfərdə olan Suriya prezidenti  Bəşər Əsədi qəbul edib. 

Tashaio.com “leader.ir” saytına isitnadən xəbər verir ki, görüşdə Ayətullah Xamenei bildirib ki, Suriyanın qələbəsinin, eləcə də  ABŞ və regiondakı əlaltılarının  məğlub olmasının  sirri  Suriya prezidenti və xalqının dözümü və onların müqavimətindədir.   
 
Ali Rəhbər  Suriya prezidenti və xalqını yeni hiylələr qarşısında ehtiyatlı olmağa çağırıb və bildirib ki, İran İslam Respublikası Suriya xalqına və dövlətinə yardımı  müqavimət hərəkatına dəstək  kimi görür və  səmimi qəlbdən bununla fəxr edir. 
 
Ayətullah Xamenei  İran İslam Respublikasının  böhranın ilk günündən  Suriya dövləti və xalqının yanında olduğunu bildirib və qeyd edib ki,  Suriya  xalqı öz dözümlülüyü və yardımı ilə  ABŞ, Avropa və onların regiondakı müttəfiqlərindən ibarət böyük koalisiya qarşısnda  müqavimət göstərə bildi və qələbə  qazandı.  “Suriyada müqavimət hərəkatının qələbəsi  ABŞ-ı qəzəbləndirdi və  onlar yeni çirkli planlar hazırlayırlar.  Suriyada bufer zonanın yaradılmasına çalışmaq bu təhlükəli çirkli planlardan bir nümunədir.  Bu istəyi qətiyyətlə  qəbul etməmək və onun qarşısında durmaq lazımdır.”
 
Ayətullah Xamenei ABŞ-ın  İraq və Suriya  sərhəddinə  təsiredici rol oynamağa çalışmasının da çirkli planlardan daha bir nümunəsi olduğunu bildirib. “İran və Suriya  arasında dərin strateji əlaqə mövcuddur.  Müqavimət hərəkatının mahiyyəti və gücü  davamlı əlaqəyə bağlıdır.  Məhz bu səbəbdən  düşmənlər öz planlarını həyata keçirə bilməyəcəklər”. 
 
Ayətullah Xamenei  Suriya  məsələsində düşmənlərin yalnış hesablama apardığından danışıb: “Düşmənlərin yalnışı bunda idi ki, Suriyanı  bəzi ərəb ölkələri ilə səhv saldılar. Bir haldakı həmin ölkələrdə  xalq hərəkatı  müqavimət üçün və ABŞ və onların əlaltılarına qarşı idi.”
 
Ali Rəhbər  Suriya və İran din alimlərinin, eyni zamanda məzhəb əlaqələrinin  gücləndirilməsinin zəruriliyini vurğulayıb: “Siz elə bir müqavimət göstərdiniz ki, ərəb dünyasının qəhrəmanına çevrildiniz.  Regionada müqavimət sizin vasitənizlə  gücləndi və daha da çox etibar qazandı. İran İslam Respublikası  keçmişdə olduğu kimi bu gün də Suriya xalqının yanında olacaq.”
 
Sonda Ali Rəhbər  Suriya xalqının uğuru və Bəşər Əsəd və onun ailəsinin sağlamlığı üçün dua edib.

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Tehranda səfərdə olan Suriya prezidenti Bəşər Əsədi qəbul edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-26-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap