İranllı general: “ABŞ arsızlıq etdi, PUA sistemlərini çökdürdük”
Posted on : iran 02/25/2019
İranın İnqilab Keşikçilərinin (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandiri general-mayor Əmir Əli Hacızadə ABŞ-ın pilotsuz uçuş aparatlarının (PUA) sistemlərinə müdaxilə etmələrinin səbəbini açıqlayıb.
İranın İnqilab Keşikçilərinin (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandiri general-mayor Əmir Əli Hacızadə ABŞ-ın pilotsuz uçuş aparatlarının (PUA) sistemlərinə müdaxilə etmələrinin səbəbini açıqlayıb.
Tashaio.com PressTV-yə istinadən xəbər verir ki, general Hacızadə Amerikanın PUA sistemlərinə müdaxilə etmələrinin səbəbinin ABŞ rəsmilərinin İrana xırda raket ehtiyat hissələri göndərdikləri barədə iddialarına və həyasızlıqlarına cavab vermək olduğunu bildirib.
SEPAH-ın Hava-Kosmik Qüvvələrinin komandiri bu birliyin Amerika PUA sistemlərinə müdaxilə etməyə nail olduqlarını bildirərək, bununla da ABŞ rəsmilərinə İrana qarşı məqsədlərinə heç vaxt nail olmayacaqlarını sübut etdiklərini qeyd edib.
General Hacızadə indi raketlərə lazım olan bütün hissələri ölkə daxilində istehsal etdiklərini vurğulayıb.