header

 Heç bir günahı kiçik saymayın

Tashaio.com günün hədisini təqdim edir:
 

İmam Həsən Əskəri (ə):

مِنَ الذُّنُوبِ الَّتِي لا تُغْفَرُ: لَيْتَنِي لا اُؤَاخَذُ إِلاَّ بِهَذٰا

“Günahlar içində bağışlanmayan günah insanın: “Kaş mənim günahım elə bu olaydı!” – deməsidir.”

(“Tühəful-uqul”, səh.366.)

Qısa izah

Kiçik günahlar müəyyən səbəblərdən böyük günahlara çevrilir. Günahları kiçik hesab etmək şeytanın ən təhlükəli vəsvəsələrindən biridir.

İnsanın böyük sayaraq çəkindiyi günahlar o qədər də təhlükəli deyildir. Çünki təqvalı insan həmişə özünü belə günahların toruna düşməkdən qorumağa çalışır. Lakin insan həmin günahı kiçik saydıqda, günaha nisbətdəki narahatlıq və qorxu aradan gedir, insan asanlıqla günaha aludə olur.

Mütəmadi olaraq günaha mürtəkib olmaq kiçik günahların böyük günahlarla əvəz olunması üçün şərait yaradan amillərdəndir. Bu isə insanın həmişəlik səadət və xoşbəxtlikdən məhrum olmasına gətirib çıxarır.

Həqiqətdə, qeyd edilənləri nəzərə alsaq, bütün günahların böyük olduğunu anlayarıq, çünki Allahın qadağa qoyduğu qanunları pozmağın özü böyük günah sayılır.

Maide.az – Maarif bölümü

 

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-21-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap