header

 M.C.Zərif: “İsrail rejimilə müharibə təhlükəsi çox yüksəkdir”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransında çıxış edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransında çıxış edib.

 

Tashaio.com Mehrə istinadən xəbər verir ki, İranın xarici işlər naziri çıxışında, sionist İsrail rejimilə müharibə təhlükəsinin çox yüksək olduğunu söyləyib.

Məhəmməd Cavad Zərif ABŞ-ın vitse-prezidenti Mayk Pens tərəfindən ölkəsinə qarşı edilən antisemitizm ittihamlarını qəbul etmədiklərini bildirərək, belə davam edib: “Öz gələcəyimizi inşa etmək hüququmuzu istifadə etdiyimiz üçün ABŞ bizi heç vaxt bağışlamadı”.

 

Pensin Avropa ölkələrini İranla imzalanan nüvə müqaviləsindən çıxmağa dəvət etməsinə reaksiya verən Məhəmməd Cavad Zərif, Avropa ölkələrindən ABŞ-ın diplomatik təzyiqinə boyun əyməmələrini istəyib.

Məhəmməd Cavad Zərif Aİ-ni sözügedən nüvə sazişini diri saxlamaq üçün daha çox səy göstərməyə və Tramp rəhbərliyinin iqtisadi sanksiyalara qarşı daha güclü mövqe nümayiş etdirməyə dəvət edib.

 

Almaniya, Fransa və Britaniyanın İran ilə ticarət etmək məqsədilə birgə “İNSTEX” adlı bir maliyyə mexanizmi qurmasına toxunan Məhəmməd Cavad Zərif, nüvə sazişini diri saxlamaq üçün bu son həmlənin kifayət etmədiyini deyib: “İNSTEX-i quran ölkələr nüvə sazişini qorumaq məsələsindəki öhdəliklərini yerinə yetirməkdə kifayət qədər iş görməyiblər. Avropa ABŞ-ın tək tərəfliliyinin təhlükəli axına qarşı üzmək istəyirsə, islanmanı gözə almalıdır”.

 

Məhəmməd Cavad Zərif Qərblə bağladıqları nüvə müqaviləsinin ideal bir həll olmadığını, lakin bunun hər iki tərəf üçün də ən yaxşısı olduğunu söyləyib.

 

İranın xarici işlər naziri səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti mövzusunda da Qərbi ikiüzlükdə ittiham edərək, belə deyib: “Qərb baş verən bu vəhşi cinayətə baxmayaraq, Səudiyyə rejiminə silah satmağa davam etdi”.

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransında çıxış edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-18-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap