header

 ABŞ-ın mövqeyi aşkardır, Avropanın hiyləsindən ehtiyat etmək lazımdır - Ayətullah Xamenei

ABŞ getdikcə zəifləyir, məsul şəxslər avropalıların hiyləsinə görə ehtiyatlı olsunlar

Xəbər verdiyimiz kimi bu gün səhər Ali Rəhbər Ayətullah Xamenei  1356-cı il 29 bəhmən qiyamının ildönümü ilə əlaqədar İmam Xomeyni (r.ə) adına hüseyniyədə Şərqi Azərbaycan əhalisi ilə görüş keçirib. 
 
Maide.Az "Leader.ir" saytına isitnadən xəbər verir ki,  görüşdə çıxış edən Ali Rəhbər 11 fevral mitinqində xalqın kütləvi şəkildə iştirakına görə onlara təşəkkür edib və bildirib ki, bu adımla çox böyük iş gördülər. “Xalqımız, xüsusiilə gənclər və məsul şəxslər zamanın qədrini bilsinlər və vaxtında hərəkət edərək  ölkədəki problemlərin həlli üçün  geniş potensialdan istifadə etsinlər”. 
 
Ayətullah Xamenei  bildirib ki, İslam Respublikası sistemi ən yaxşı mövqeyindədir. Hegemonlar cəbhəsi və onların başında duran ABŞ getdikcə zəifləyir. “Biz özümüzü sadə göstərib düşməndən qəflət etmirik, lakin  həqiqətlər göstərir ki, düşmən çox ağır formada daxili və xairici problemlərlə üzləşib. “İctimai problemlər”,  “gənclərin depresiyası”, “qətl və cinayətlərin sayının artması”,  “narkotik istifadəsi və aludəçiliyinin  çoxalması”, “ABŞ rəsmiləri arasında qarşıdurma” və “inanılmaz (ekzotik)  borcları” ABŞ-ın problemlərinin yalnız bir hissəsidir.  Bu deyilənlər hamısı ABŞ-ın daxili və rəsmi statistika və hesabatlarında öz əksini tapıb.  Bu problem və giriftarçılıqlarına görə,  Suriya, İraq və Əfqanıstanda hazırkı duruma düşüblər və çox əsəbidirlər.”
 
Ayətullah Xamenei  Varşavada keçirilən uğursuz iclasdan danışıb və bildirib ki,  ABŞ-ın ağıldankəm başçıları özlərinə yaxın, zəif və qorxaq bəzi dövlətləri Varşava iclasında iştirak etmək və İrana qarşı  qərar qəbul etmək üçün dəvət etdilər. Lakin bu  iclas  nəticə vermədi və bunların hamısı acizliyin nişanəsidir. Zəifləməkdə olan düşmən  əsəbləşir, söyüş və qalmaqal yaratmağa başlayır.  Onların bu səs-küyləri və qalmaqalları  zəifliyinə görədir.  Hansısa məsul şəxsin qəlbini və ya hansısa gənci çaşdırmamalıdır.”
 
Ayətullah Xamenei deyib ki,  bu inqilab  zəif bir  fidan idi, bütün düşmənlər birləşdi lakin bir iş görə bilmədi.” Dünənki  fidan artıq böyük və güclü bir ağaca dönüb, onlar heç bir qələt edə bilməzlər.”
 
Ayətullah Xamenei  Qərb dövlətlərinin  hərəkət və addımlarını sözün həqiqi mənasında hiylə adlandırıb və bildirib ki,  ABŞ-ın  təklifi müəyyəndir, çünki  şəmşiri üzdən bağlayıb. Lakin  avropalıların hiyləsindən ehtiyat etmək lazımdır. Çünki ona onlar  hiyləgərlik edirlər. “Mən  məsul şəxlsər və  dövlət adamlarına demirəm ki, nə etsinlər lakin  oturub düşünüb, elə hərəkət etməlidirlər ki, onlara aldanmasınlar. Bu ümidlə, özlərini və xalqı problemlə üzləşdirməsinlər. Düşməndən qorxmayın və bilin ki, Allahın əli bütün əllərdən üstündür.  Allah dinə yardım edən  hər bir xalqın dayağıdır.”
 
Ayətullah Xamenei qeyd edib ki,  ölkənin bütün problemləri bahalıq, valyuta dəyərinin azalması,  daxili istehsala aid olan məsələlər həll oluna biləcək problemləridir. Lakin  məsul şəxslərin səbr, tədbir, birlik və ciddiyyətinə ehtiyaclıdır.
ABŞ getdikcə zəifləyir, məsul şəxslər avropalıların hiyləsinə görə ehtiyatlı olsunlar
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-18-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap