header

 General Cəfəri Səudiyyə və BƏƏ-yə xəbərdarlıq edib

Cəfəri İranın səbrinin tükəndiyini və şəhidlərin intiqamını Səudiyyə və BƏƏ-dən alacaqlarını vurğulayıb.

İranın Sipahilər Ordusunun Baş komandanı general Məhəmməd Əli Cəfəri terror nəticəsində həlak olanların dəfn mərasimində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rejimlərinə xəbərdarlıq edib.

Tashaio.com xəbər verir ki, Sistan və Bəlucistan əyalətində təşkil olunan terror hücumunda həlak olan əsgərlərin İsfahanda keçirilən dəfn mərasimində iştirak edən Məhəmməd Əli Cəfəri mərasimdə etdiyi çıxışında, şəhidləri ehtiramla yad edib.

General Cəfəri İran İslam Respublikasının səbrinin tükəndiyini və şəhidlərin intiqamını Səudiyyə Ərəbistanı və BƏƏ-dən alacaqlarını vurğulayıb.

Cəfəri ABŞ və İsrailin İrana qarşı hiylələrindən başqa, S. Ərəbistanı və BƏƏ kəşfiyyatının da İranın cənub-şərqində təhlükəsizliyi pozmaq istiqamətində təxribatlar planladıqlarını, bu cür təxribatlar davam etdiyi halda artıq gözləməyəcəklərini və birbaşa hərəkətə keçərək şəhidlərin intiqamını alacaqlarını ifadə edib.

Cəfəri İranın səbrinin tükəndiyini və şəhidlərin intiqamını Səudiyyə və BƏƏ-dən alacaqlarını vurğulayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-18-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap