header

 Novruzqabağı əfvlə "siyasi məhbuslar" azad edilə bilərmi?

Onlar gözlənən əfv fərmanı ilə ölkədə "siyasi məhbus probleminə" son qoyulacağını düşünürlər...

Hər Novruz bayramında verilən əfv fərmanından bu dəfə ictimai fəalların, hüquq müdafiəçilərinin gözləntiləri yüksəkdir. Onlar gözlənən əfv fərmanı ilə ölkədə "siyasi məhbus probleminə" son qoyulacağını düşünürlər. 

Dövlət Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, hazırda 200-ə qədər müraciət baxıblar və proses hələ də davam edir.

BBC News Azərbaycancaya danışan millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyir ki, adının hansısa siyahıya düşüb-düşməməyindən asılı olmayaraq, məhkumlar Əfv Komissiyasına müraciət etməlidirlər. 

Hüquq müdafiəçisi Rəsul Cəfərov Novruzda gözlənən əfv fərmanından sonra "siyasi məhbus" kimi tanıdıqları şəxslərin hamısının azadlığa çıxacağına ümidlidir: "Ötən ilki fərmanla cəmi 12 siyasi məhbus azadlığa çıxdı. Yaxşı olardı ki, bu dəfə belə olmasın".

Rəsul Cəfərov düşünür ki, yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslərin hamısı azadlığa buraxılsa, Azərbaycan hakimiyyətinin imici "beynəlxalq arenada müsbətə doğru dəyişər", "ölkədə vətəndaşla hökumət arasındakı münasibətə müsbət təsir göstərəcək".

"Bizim Avropa Şurası qarşısında könüllü götürdüyümüz öhdəliklər var. 2001 ildə üzv olanda həll edilməli problemlərdən biri də siyasi məhbus problemi idi, İndiyədək köklü şəkildə həll edilə bilməyib", Rəsul Cəfərov BBC News Azərbaycancaya deyir. 

Digər hüquq müdafiəçisi Novella Cəfəroğlu da Azərbaycanın "bu il siyasi məhbus məsələsinə birdəfəlik" son qoyulmasını istəyir, amma əlavə edir ki, Avropa Şurasına təqdim edilmiş siyasi məhbus siyahılarına yenidən baxmaq ehtiyacı var.

O, hazırda siyasi məhbusların dəqiqləşdirilməsi prosesi gedir.

"Siyahımızdan kim əfvə ərizə verib, bilmirik. Ancaq biz öz siyahımızı bilirik ki, buradakılar dəqiq siyasi məhbuslardır. O siyahıdakıların adı o birisi siyahılarda da vardı. Ona görə biz hamısına baxırıq ki, kimi çıxaraq, kimi nə edək?" 

Siyahıların fərqli olmasına gəlincə isə, Novella Cəfəroğlu deyir ki, siyahıları tərtib edərkən, Avropa Şurasının saytında göstərilən kriteriyalar əsas göstərilməlidir və onlar siyahılarını həmin "göstərilən tələblərə uyğun" şəkildə tərtib ediblər.

Novella Cəfəroğlunun fikrincə, "bu siyasi məhbus məsələsi bitsə, AŞPA-dakı növbəti məsələ hüquqları pozulan yarım milyon qaçqının məsələsi ola bilər".

Hazırda ayrı-ayrı hüquq müdafiəçisi qrupu Avropa Şurasına fərqli "siyasi məhbus siyahısı" təqdim ediblər.

Bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, Azərbaycanda 130 siyasi məhbus var. 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov vurğulayır ki, həbsdə olan şəxs adının hər hansı siyahıda olub-olumamasına, hər hansı beynəlxalq təşkilat tərəfindən hallanıb-hallanmamasına baxmayaraq, Əfv Komissiyasına müraciət edə bilər.

Ancaq o, gözlənən əfv fərmanı ilə bağlı gözləntisini bölüşməyib, deyib ki, bu, prezidentin səlahiyyətində olan məsələdir.

  BBC News Azərbaycancaya danışan millət vəkili ortada "siyasi məhbus məsələsinə" dair müxtəlif siyahıların olmasından da gileylənib: "Təəssüf ki, beynəxalq təşkilatlarda işləyən bir insan kimi, bəzən görürük ki, beynəlxalq təşkilatlar bir-birinə zidd siyahılar təqdim edirlər. Baş çıxarmaq olmur, o adlar ora necə düşüb".

Ona görə də o hesab edir ki, adlarıının hansısa siyahıya düşüb-düşməməsindən asılı olmayaraq, vaxtından əvvəl azadlığa çıxmaq istəyən məhbuslar Əfv Komissiyasına müraciət etməlidir və onların əfv şərtlərinə cavab verib-verməyəcəyini də bu qurum araşdıracaq. 

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Müraciət edənlərin kimliyini açıqlamayıb, amma deyib ki, onlar "ayrı-seçkilik qoymadan bütün müraciətləri araşdırırlar.

"Əfv müraciətlərinə baxılarkən, kimin fəal, kimin qeyri-fəal olması bizim üçün həlledici amil hesab olunmur. Hansısa beynəlxalq təşkilatın tövsiyəsi var, yoxdur bu da bizim üçün əsas məsələ deyil.

Bizim üçün əsas olan şəxsin müraciəti məsələsidir. Şəxsin taleyi ilə bağlı məsələlərdir", Əliməmməd Nuriyev qeyd edib.

O, "bütün müraciətlərə" növbəti həftələr ərzində baxılacağını vurğulayır.

Cənab Nuriyevin sözlərinə görə, Əfv Komissiyası üçün hansısa siyahıların olub-olmaması əhəmiyyətli fakt deyil.

"Biz ən sonda bilirik ki, adı hansısa siyahıda olmuş şəxs əfv olunub. Elə götürək, ötən ilki əfv sərəncamında da 12 nəfərə kimi müxtəlif siyahılarda olan şəxslər əfv olunmuşdu".

Əfv Komissiyasının üzvü xatırladıb ki, Əfvetmə haqqında əsasnaməyə uyğun olaraq, bağışlanması üçün vəsatət həm yerli, həm beynəlxalq təşkilatları qaldıra bilər, deputatlar, həm ombudsman, həm də yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya qaldıra bilər, penitensiar xidmətin rəhbərliyi də belə bir vəsatətlə çıxış edə bilər.

Onlar gözlənən əfv fərmanı ilə ölkədə "siyasi məhbus probleminə" son qoyulacağını düşünürlər...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-17-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap