header

 İsrail ordusu Qəzzada cümə yürüşündə 20 fələstinlini yaralayıb

İşğalçı İsrail rejim qüvvələri dünən Qəzza zolağında keçirilmiş 47-ci Böyük Qayıdış yürüşü iştirakçılarını döyüş silahları ilə atəşə tutublar.

İşğalçı İsrail rejim qüvvələri dünən Qəzza zolağında keçirilmiş 47-ci Böyük Qayıdış yürüşü iştirakçılarını döyüş silahları ilə atəşə tutublar.

Tashaio.com "Felestin.info"a istinadla xəbər verir ki, nəticədə azı 20 nəfər yaralanıb. Onların hamısı döyüş sursatı ilə vurulublar. Yaralılardan biri yetginlik yaşına çatmayan şəxsdir və vəziyyəti kritik qiymətləndirilir.

Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, işğalçılar 15 yaşlı yeniyetməni sinəsindən atəş açaraq yaralayıblar. Bureyc qaçqın qəsəbəsində baş vermiş insidentdən sonra yaralı yeniyetmə Qəzzadakı əl-Əqsa hospitalına çatdırılıb.

Ondan əlavə 29 yaşlı fələstinli qadın başından qəlpə yarası alıb. O da təcili Əqsa hospitalına aparılıb.

Dünən, həmçinin Qəzzanın şərq səmtində Məhəmməd Zənun adlı fotojurnalist də İsrail snayperi tərəfindən güllələnərək xəsarət alıb. Bildirilib ki, dünənki cümə yürüşündə 11 min fələstinli iştirak edib.

Ötən ilin 30 martından başlamış Böyük Qayıdış yürüşlərində bugünədək İsrail ordusu tərəfindən qətlə yetirilmiş fələstinlilərin sayının 265 nəfər olduğu bildirilir, 27 min nəfər isə yaralanıb. Onların 500 nəfərinin vəziyyəti ağırdır.

İşğalçı İsrail rejim qüvvələri dünən Qəzza zolağında keçirilmiş 47-ci Böyük Qayıdış yürüşü iştirakçılarını döyüş silahları ilə atəşə tutublar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-16-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap