BMT-dən Yəməndə uşaqların aclıq və ölümü ilə bağlı xəbərdarlıq
Posted on :
Digər sahələr
02/14/2019
Yəmənli uşaqların bütöv bir nəsli qıda çatışmamazlığına səbəbindən məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Yəmənli uşaqların bütöv bir nəsli qıda çatışmamazlığına səbəbindən məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Tashaio.com xarici KİV-lərə istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqladığı yeni hesabatda bildirib.
FAO hesabatında bildirir ki, Yəməndə 4 illik yəmən müharibəssi on minlərlə insanın ölümünə, iqtisadiyyatın çökməsinə və milyonlarla insanın aclıq təhlükəsi ilə üzləşməsinə səbəb olub.
FAO-nun mütəxəssisi Trast Emlambo bildirir ki, əhalisinin 70 faizi Səudiyyə rejiminin təcavüzü nəticsəində öz yurdlarından didərgin düşdüyü Hudeydədə uzun müddətdə qida çatışmamazlığından əziyyət çəkən uşaqlar xəstəliklərlə mübarizədə problemlərlə üzləşəcək.
O deyib ki, düşünürəm ilk növbədə biz kəskin qida çatışmamazlığından əzab çəkən məhv olmasının şahidi olacağıq. “Uzun müddətdə bu uşaqların düzgün qidalanmayaraq böyüməsi onların bədənlərinin müqavimətini xəstəliklər qarşısında zəiflədir. Bu böyük bir probelmdir. Bizim bu uşaqları qorumağımız çox vacibdir”
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Birləşmiş Ştatlarla yanaşı Britaniya və Fransa da bu təcavüzdə Səudiyyə Ərəbistanının tərəfindədir.
2015-ci ildən Yəmənə qarşı amansız hücumlar və təcavüz nəticəsində 10 minədək adam öldürülüb, 14 milyon yəmənli aclıq həddindədir.
Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.