header

 İranda baş vermiş terrorda həlak olanların sayı 30-a çatıb

Məlumatda bildirilir ki, sərnişin avtobusunda olan sərhədçi Sepah qüvvələrinin sayı 40 nəfər olub.

Maide.Az xəbər verir ki, İranın JamejamDaily kanalının məlumatına görə, baş vermiş terror aktında ölənlərin sayı 30 nəfərə çatıb.

 

Məlumatda bildirilir ki, sərnişin avtobusunda olan sərhədçi Sepah qüvvələrinin sayı 40 nəfər olub.

 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Sistan və Bəluçistan əyalətində sərhədçilərə qarşı törədilmiş terror aktını pisləyib və bildirib ki, ölkənin təhlükəsizlik və hərbçi övladları bu terroru törədənlərdən intiqam alacaqlar.

 

 

 

***

Sepah bəyanat yayaraq Sistan və Bəluçistan əyaltəində intiharçı hücumun baş verdiyini təsdiqləyib.

 

Maide.Az bildirir ki, Fars Agentliyinin məlumatına görə, intiharçı bomba dolu minik avtomobili ilə İran Sərhəd Qoşunlarında çalışan Sepah işçilərini daşıyan avtobusa hücum edib.

 

Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hələlik rəsmi şəkildə say açıqlanmasa da, İran saytların 20 nəfərin öldüyünü, 20-dən çox insanın yaralandığını bildirir.

 

Partlayışa görə məsuliyyəti "Ceyşül-ədl (zülm) " qruplaşması öz üzәrinә götürüb.

 

 

***

İranın Sistan və Bəluçistan əyalətində terrorçular tərəfindən yol qırağında quraşdırılmış bomba partlayıb, sərnişin avtobusunda 20 nəfər həyatını itirib.

 

Maide.Az İRNA-a istinadən xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində 20 nəfər həyatını itirib, 20 nəfərdən çox insan yaralanıb.

 

Məlumatda bildirilir ki, avtobus sərnişinləri İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) üzvləri olub. Onlar idarədən evə gedərkən Xaş – Zahidan yolunda intiharçı hücumuna məruz qalıb.

Məlumatda bildirilir ki, sərnişin avtobusunda olan sərhədçi Sepah qüvvələrinin sayı 40 nəfər olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-14-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap